www.aliildirimoglu.az

Ey anıb axtaranlarım!

Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, vətənə sədaqətim, gücsüzlərə köməkliyim, yazıqlara rəhmim, yolunu azanlara qəzəbim – əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, gərginləşən əsəblərim – sevincim, kədərim, tapdığım və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları, ahıllığımın gileyləri kitablarımın əmanətindədir. Məni və mənimi bilmək istəsəniz ömür salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin.


 

Həqiqətə "fransız qalanlar" üçün "Mənim rəncbər atam" fransız dilində...

"Mənim rəncbər atam" xatirə-romanının üstün məziyyətlərindən biri də illərlə xalqımızın erməni terrorçuları tərəfindən məruz qaldığı müsibət və soyqırımların real, tarixi obrazların dili ilə gələcəyə çatdırılmasıdır. Ötən əsrin əvvəllərində yazıçının əmisi, yüzbaşı Əmrah da erməni daşnaklarına qarşı aparılan mübarizədə şəhid olmuşdu. Ta o zamandan bu iki qardaşdan biri - igid Əmrah dəliqanlı təbiəti, qorxmazlığı ilə Zəngəzur elinin ümid yerinə çevrilmişdisə, sakit, zəhmli, mötəbər İldırım kişi isə öz mənəvi təpəri və əsl kişi xarakteri ilə hallalıq ehramı kimi qəbul edilirmiş.

Bu günlərdə erməni xislətinin bütün rəzil yönlərinin açıldığı "Mənim rəncbər atam" xatirə-romanı fransız dilində nəfis tərtibatla  işıq üzü görüb. Əsəri fransız dilinə tanınmış tərcüməçi-yazar Şain Sinaria tərcümə edib. Kitabdakı illüstrasiyaların müəllifi mərhum rəssam Şahpələngdir. "Mənim rəncbər atam"ın fransız dilinə tərcüməsi müasir dövrün tələbləri baxımından aktuallıq kəsb edir.

 


 

Bütün yaranmışlar kimi, mənim də heç kimə bənzəməyən öz dünyam var. Qaranquş kimi uçub, gözdən itən dünyam. Ağlım kəsəndə mömin babamın gündə neçə dəfə sumağı gəbənin üstündə dayanaraq dönə-dönə əlini göyə qaldırıb Tanrının dərgahına üz tutduğuna, dizini yerə qoyub, qəddini əyib, alnını qarşısındakı möhürə vurduğuna baxıb avazla dediyi sözləri dinləyirdim. Kəndimizi əhatə edən dağların, qayaların əzəmətini, çalın-çarpaz cığırlar düşən geniş düzlərin seyrinə dalırdım. Çayların gur səsini, çeşmələrin xəfif pıçıltısını, rəngbərəng quşların nəğməsini dinləyirdim. Yorulmaq bilmədən yal-yamacları dolaşırdım. Müdriklərdən dərs alırdım, gecələr üzümü təmiz səmaya tutub ulduzları sayırdım. Ağacların quşqonmazına dırmanırdım. Elə bir qiymətli ətir təsəvvür etmirdim ki, əlindən kərəntisi, dəhrəsi, baltası düşməyən atamın tər basmış köynəyinin rayihəsi qədər mənə xoş təsir bağışlasın. Çılpaq atları yalmanlayıb tay-tuşlarımla cıdıra çıxardım. Qəbahətim olanda müəllimlərimdən çox valideynlərimin məzəmmətinə, töhmət və tənəsinə məruz qalırdım. Xoş əməllərim onların çöhrəsini məşəl kimi şölələndirirdi.

Axırda da dərkolunmaz bir qüvvənin qeybdən gələn işığında neçə-neçə döngələrdənkeçib sirli birdünyaya üz tutdum. Əsrəyaxın ömür etdiyim təfəkkür, təsəvvür, təxəyyül dünyasına. Sədası bu kitabda əksini tapan sətirlər dünyasına!

Əli İldırımoğlu


Yeni yazılar

Ağ yalan

Bu günlərdə televiziyaya baxırdım. Türk kanallarının birində Turqut Ər adlı bir qəzet yazarı müsahibə verirdi. >> Davamı

 

Arğalısı itən dağlar

Ahıllıq zirvəmdən arxaya baxdım. Ömrün səksən beş baharında, səksən beş qəhərində keçdiyim dolayları, döngələri, enişləri, yoxuşları göz önünə gətirdim. >> Davamı

 

Şanapipik

Günorta çağına az qalıb.  Sakit-sakit meh əsir. Kəndimizin dili ilə desək,  xırman sovruğa gələn vaxtdır. Öküzlərin boyunduruğu  açılır, vəllər cütlənib bir kənara çəkilir, Şana, Kürək, Yaba, Çalğı işə düşür... >> Davamı

 


Nəsr ustasının epik poetikası

Milli söz sənətimizin ustadlarından biri olan Əli İldırımoğlunun “Aqibət” romanının tərcüməsini öhdəmə götürüb əsəri mütaliə etməyə başlayanda, açıq desəm, bir az məyus oldum. >> Davamı


Müsahibələr, söhbətlər

“İDRAK HAZİNESİNİN BİR ODAK NOKTASI DA EDEBİYATTIR”

Yazar Ali Yıldırımoğlu ile söyleşi / Rasim Karaca / Kaşgar Dergisi:

Siz Sovyetler Birliği döneminde yazarlığa başlamış ve o dönemde yetişmiş bir yazar olarak Azerbaycan Sovyet Edebiyatına hangi değeri veriyorsunuz? Sizce o devrin gerçeklerini öğrenmek açısından Azerbaycan Sovyet yazarlarının yanıtları yeterli kaynak olabilir mi?

 

 

Bu saytda görkəmli yazıçı, jurnalist Əli İldırımoğlu barədə dövri mətbuatda dərc edilmiş yazılar, əsərlərinə dair rəylər, məqalələr, habelə çap olunmuş əsərləri, video və foto materiallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.aliildirimoglu.az





 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com