www.aliildirimoglu.az

“Daş yağan gün”ümüz

TÜRK MƏNƏVİYYATI VƏ ERMƏNİ XİSLƏTİ

Yazıçı-jurnalist Əli İldırımoğluya dost məktubu

Əziz dostum!

Ömrünün bu ixtiyar çağında qələmə və kağıza sədaqətin məndə iftixar hissi doğurdu. “Daş yağan gün” əsərinin əlyazmasını birnəfəsə oxudum. Bir daha əmin oldum ki, Əli müəllim yazıçı mövqeyinin, xalq taleyi ilə bağlı tutarlı bir söz deməyin çətinləşdiyi bir dövrdə ağ kağızla üz-üzə oturmağın məsuliyyətini bir az da artırıb. Ağır el ağsaqqalının, müdrik ədibin yaddaşından uca dağ döşün-dəki bulaqdan şirin su kimi süzülüb gələn xatirələr ağ kağızları cana gətirib, adamla dil-dil danışdırır. Yaddaşın laylarından vərəq-vərəq qopub gələn xatirələr həm şirin, həm də acı olur. Bu əsər mənə bir qədər də avtobioqrafik təsir bağış-ladı. Romandakı əhvalatlar məktəb yaşına çatmamış uşağın dilindən danışılır. Təhkiyəçi-yazıçı uşaq təxəyyülü və təfəkkürünə xas müşahidələri səylə qorumağa, ona müdaxilə etməməyə, hadisələrin içinə girməyə çalışır. Anadan yetim qalmış uşaq ana babası və hesabdar dayısının himayəsində yaşayır. Beş yüz evdən çox şəhər boyda Həsənli kəndi erməni-daşnaq quldurları – tayqulaq Andranik Ozanyanın dəstələri tərəfindən yerlə yeksan edilib, uşaqdan qocaya-dək bütün əhali vəhşicəsinə, xüsusi bir amansızlıq və zorakılıqla qırılandan sonra qaçıb canını qurtaran 11 ailədən ibarət Yeni Həsənlidə yaşayan bu uşaq öz təhkiyəsi ilə əsərin baş qəhrəmanı yeniyetmə Nəcəfi səciyyələndirir.

Əli müəllim!

Azərbaycanın ən səfalı yerlərini – əzəli və əbədi yurdlarımızın – Zəngəzu-run, Sisyanın, Laçının, Qubadlının... misilsiz təbiətini, adət-ənənələrini, dini və mənəvi mühitini, tərəkəmə həyatını, bir sözlə, el mühitini – xalq həyatını lap körpəlikdən yaddaşınıza necə həkk edibsinizsə, eləcə də qələmə almısınız.

Romandakı təsvirlər olduqca şirin, koloritli və cazibədardır. Yazıçı özü ilə bərabər oxucunu da eyni hisləri yaşamağa sövq edir. Aşağıdakı təsvir təkcə təbiəti vəsf etmir, balaca qəhrəmanın xarakterini açır: “Ayaqlarımın ucunda, səksəkəli addımlarla həyətdən çıxdım və kəndin yuxarısındakı Qarğı bulağına tərəf dolaylandım. Dərənin boğazında baş-başa verən qayaların arasından sısqa axınla süzülüb gələn bulağa çatanda pencəyimi soyunub Qaragilə ağacından asdım. Dizlərimi yerə dirəyib bulağın dumduru suyundan doyunca içib bir-iki ovuc da üzümə vurdum. Bulaq sərt qayalarla, qalın kollarla əhatə olunmuşdu, buraya çoban-çoluqdan başqa heç kəsin ayağı dəymirdi. Birdən başıma qəribə bir fikir gəldi, düşündüm ki, burada qara palçıqdan Köhnə Həsənliyə oxşayan kənd salım... Elə hesab edərəm ki, ermənilərin acığına onların yandırıb dağıtdığı Köhnə Həsənlini yenidən tikib qurmuşam”. Bu təsvirin mahiyyətini mənim kimi dağ uşaqları yaxşı anlar. Bu, adi peyzaj deyil. Peyzaj-prosesdir. Burada təbiətin gözəlliyi insanın xarakterini açır. Ədəbiyyat nəzəriyyəsində buna psixoloji paralelizm deyilir. Bu peyzaj proses gələcəyə yönəlmiş fikir assosiasiyasıdır. Uşaq öz aləmində erməni ilə vuruşur, onun acığına Köhnə Həsənlinin maketini qurur. Bu, adicə palçıqdan qurulmuş maket deyil, uşağın qəlbində əbədi yaşayacaq faciəli kəndin bədii obrazıdır.

Ermənilərin türk qövmünün başına gətirdiyi oyunlar, xüsusilə Azərbaycan-da 1905, 1918, 1988–1991-ci il, xüsusən Xocalı soyqırımları, habelə Türkiyədə törədilən qırğınlar, ASALA-nın terror aktları haqqında çox yazılıb. Həm elmi, həm də bədii əsərlər, həm bizdə, həm də dünyada. Onları sadalasam bir kitab-xananın siyahısı alınar. Fəqət buna ehtiyac duymuram. Sizin romanınız mur-dar, iyrənc, məhdud millətçi, qaniçən erməni xisləti haqqında psixoloji yükə malik bir əsərdir. Siz həm beş yaşlı uşağın, həm də bir möcüzə kimi Həsən-lidən bələkdə ikən əmisi tərəfindən xilas edilmiş Nəcəfin gözü ilə erməni vəhşiliklərinə nifrət hissi aşılayırsınız. Beş yaşlı uşağın Tağ yurd yaylağında gördüyü mənzərə dərin ibrətamiz məzmuna, ağır psixoloji tutuma malikdir:

“Qulağıma gələn vəhşi bağırtılar məni diksindirib bu nisgilli hislərdən (Analı günlərin xatiratından – N.Ş.) ayırdı. Dönüb arxaya baxdım... Bir sürü qaramal ala cöngənin kəsildiyi yeri dövrəyə almışdı və qurumamış qanı qoxu-ya-qoxuya nalə çəkirdi. Malların böyürtüsü alaçıqları başına götürmüşdü. Dəhşətli hadisə baş veribmiş kimi orada-burada alaçıqların yanına qısılmış itlər ağız-ağıza verib ulaşırdılar. Uşaqlı-böyüklü hamı alaçıqdan çıxıb bu müdhiş mənzərəni təəccüblə seyr edirdi. Çobanlar dəyənəklərini işə salıb bu-rada yas tutub, ağlaşma quran malların hərəsini bir tərəfə qovdular. Mən yaxınlıqda dayanan yaşlı kişiyə yanaşıb şahidi olduğum bu həngamə barədə ona cürbəcür suallar verirdim. Bu cür hadisələrə öyrəşmiş yaşlı kişi təmkinlə:

– Qaramalın adətidir, – dedi. – Qan qoxusunu hiss edəndə baş-başa verib böyürür, haray-həşir salırlar. Bu da onların yas tutub ağlaşmasıdır. Gərək cöngəni kəsəndən sonra qanını basdırıb izini itirəydik.

Yaşlı kişi bu sözləri deyib xəyallandı və əlini gözümün üstünə tökülən qalın saçlarımda gəzdirərək:

– Bacıoğlu, qan tökmək pis şeydir, – dedi. – Görürsən heyvan heyvanlığıy-la qan görəndə üsyan qaldırır... Heyvanlar qan görəndə dəhşətə gəlib üsyan eləyir, ağlayıb hay-həşir salırlar. Bəs insanlar necə?!”

Əsərin baş qəhrəmanı, ermənilər Həsənli kəndinin əhalisini silahdan keçi-rəndən sonra “Allahdan üzülmədiyindən sağ qalmış” südəmər körpə Nəcəf böyüyüb əsgərlik yaşına çatanda doğma Zəngəzur yaylaqlarında qan töküb, baş kəsməsi, “türk öldürməyən erməni cəhənnəmlikdir”, – deyən dağbəyi Andranik Poqosyan zoğal arağından içib tökdüyü qanlarla lovğalananda, “Türklərin kökünü kəsmək lazımdır” deyəndə atası Cəbrayılın evindən oğurlanmış qoşalülə və Həsənli at cinsindən olan Alapaça madyanın köməyi ilə tayqulaq Andranikin dəstəsində Həsənliyə divan tutmuş bu pəzəvəng ermənini o dünyaya göndərir. Kim idi Andranik Razgenoviç Poqosyan? Erməni çobanları Akop və Armenak onu öz çoban “dostları” Nəcəfə belə təqdim edirlər: “Əsli-kökü Gorus rayonunun hansısa kəndindəndir. Onu bilirəm ki, müsəlman kəndləri ilə kövşən-kövşənədir. Di gəl ki, azərbaycanlı-ların qanını içməyə hazırdır. Andranikin qoşununda olanda bilirsən nə qədər Azərbaycan kəndini dağıdıb? Özü də arvad, uşaq, kişi, cavan... qabaqlarına keçəni qırıblar... Dağbəyinin özü çox qansız adamdır. Yerevanda oxuyub. İs-tanbulda olub, neçə il türklərin çörəyini yeyib. Türk dilini də, Azərbaycan dilini də yaxşı bilir. Amma heç yerdə danışmır.”

Hörmətli Əli müəllim!

Moskvada tibb təhsili alan qızı Silvanın pozğun əməllərinə bəraət qazan-dırmaq üçün paytaxta gedən Andraniklə qatarda rastlaşdırdığınız gürcü obrazı Eduard Cuburdanidze, əslində, Sizin arzuladığınız bir həqiqətpərəstdir. Siz onu yaradarkən bədii bioqrafiyasını da yaxşı düşünmüsünüz. Eduard bütün dinlərə hörmət bəsləyən, insanlığı dini mənsubiyyətdən üstün tutan bir xaç-pərəst, ayıq təfəkkürlü xristiandır. Onun atası gürcü, anası osetindir. Ermənilərlə qohumluğu var, qardaşı arvadı erməni qızıdır, özləri də Yerevanda yaşayırlar. Erməni südü əmmiş uşaqlar ona əmi deyirlər. Eduard Cuburdanidze həqiqəti danışdığına görə yüksək vəzifədən salınıb, arxivə göndərilmiş namuslu və prinsipial gürcü alimidir. Ən başlıcası isə o, (nə yaxşı ki!) sovet ədəbiyyatında XX əsrin 60-cı illərində özünü gözdən salmış qurama müsbət qəhrəman deyil. Bununla belə o, özündənmüştəbeh heyvərə erməni cəlladı Andranik Po-qosyana ciddi bir dərs verir. Gürcü həmkupesinin konyakından içib türkləri necə amansızlıqla qırmasından lovğa-lovğa danışan bu boşboğaz əbləh ona “erməni xalqının milli qəhrəmanı” Andranik Ozanyanın sağlığına badə qaldırmağı təklif edəndə o, qədəhi yerə qoyur və Eduard Cuburdanidzenin humanist vicdanı di-lə gəlir. Araşdırdığı arxiv sənədlərinə istinad edən alim aşağıdakıları söyləyir:

– Dediyiniz faktlar tarixinə qədər dəqiq yadımdadır. Zəngəzurun qəza rəisinin 11 dekabr 1918-ci il tarixli, 185 nömrəli teleqramını diqqətlə oxumu-şam. Orada rəsmən qeyd olunur ki, ingilis-fransız nümayəndəliyinin tələbi ilə müsəlman qoşunlarının geri çəkilməsindən istifadə edən Andranik qonşu Azərbaycan kəndlərinə divan tutub. Onlar qadına, kişiyə, qocaya, cavana baxmadan hamısını vəhşicəsinə qətlə yetirir, meyitlərini eybəcər hala salırlar. Bu sözləri artırıb-əskiltmədən, sənədlərə qeyd edildiyi kimi deyirəm.

...Andranikin faciəsi ondadır ki, malik olduğu gücü, bacarığı xeyirə yox, şərə sərf eləyib, türkləri, azərbaycanlıları qırdığı qədər də, bəlkə də, ondan çox öz millətini qırğına verib. Mənsub olduğu xalqın dostlarının yox, düş-mənlərinin sayını artırıb.

...Andranikin sərgüzəştlərini yaxşı bilirəm, o, əslən türk ermənisidir. 1865-ci ildə Osmanlı imperiyasının Giresun vilayətində anadan olub. Türk torpağında dünyaya göz açıb, o torpaqda iməkləyib, addımlar atıb, o ölkənin çörəyi, suyu, havası ilə ərsəyə yetib. Ancaq ayağı yer tutanda yediyi qaba tüpürməyi özünə rəva bilib... Vaxtilə Türkiyədə hörmət-izzət sahibi idi. Hətta onu Paşa deyə çağırırdılar. Belə bir hörmətin qarşısında doğulduğu ölkəyə qarşı xəyanət yolu tutmağa başladı.

Bu qeydləri oxuyanda XX əsrin sonlarında özünü sivil hesab edən dünyanın gözü qarşısında ermənilərin xaç qardaşları – 366-cı rus alayı ilə birləşib Xocalıda törətdiyi soyqırımı faciəsi bütün ağırlığı ilə göz önündə canlanır. Andraniklərə verilən səciyyə bir daha sübut edir ki, xəyanət və qorxaqlıq, qız və qadınlarının hesabına mövqe tutmaq erməni xislətinə xas xüsusiyyətlərdəndir. Bu maraqlı romanda Andranikin ona həmvətənli kimi Moskvada ehtiram göstərmiş taksi sürücüsü Fərmanın başına gətirdiyi oyun, qızı Silvanın milliyyətcə yəhudi olan müəllimi, kafedra müdiri professor Solomon Betkeri şərə salıb onun ailəsini dağıdacaq bu dünya şöhrətli alimə ərə getməsi və sonda pozğun qadın kimi ifşa olunması erməni xislətinin antihumanist mahiyyətini əks etdirən epizodlardır. Nə yaxşı ki, “kəlləsi yəhudi, əqidəsi erməni ” nəvəsini görmək ona qismət olmur. Altı aylıq bic nəvə xəyanətinin üstü açılıb ifşa olunmuş Silvanın bətnində, özü isə Alapaça madyanın üzəngisində dağa-daşa sürülüb murdar olur.

Möhtərəm ədib!

Sizin qəhrəmanınız Nəcəf erməni daşnak ordusunun misli görünməmiş qəd-darlığı sayəsində atadan, anadan, bacı-qardaşdan yetim qalan, xilası başına qaxınc olan əmisi Mikayılın, təmənnalı çörəyini yeməyə məcbur olan əmisi arvadı Qönçənin tənələri altında otardığı heyvanlarla bir tövlədə yatıb-duran, həmdəmi ana təbiət, balaca bir dost alabəzək tütək və otardığı qoyun-quzu olan sədaqətli və qeyrətli çobandır. O, həyatının əvəzinə gecə-gündüz əmisinə qulluq edir.

Siz onun bələkdən əsgərliyə qədərki (təxminən 19 illik!) bədii boy artı-mını, həyatını və təbiətini məhəbbətlə qələmə aldığınız doğma elin-obanın min illərlə daşlaşmış adət-ənənələri mocibincə təsvir edirsiniz. Bu yöndə iki ibrətli epizod məni riqqətə gətirdi. Onları qeyd etməyə bilmərəm. Çünki həmin epizodlar romanın bədii-fəlsəfi qayəsini ifadə edir. Beləliklə, hadisələrin əvvəlcə yeniyetmə, sonra isə gənc Nəcəfin mənəvi aləmindən keçirilərək oxucunun yaddaşına ötürüldüyü romanda oxuyuruq: “Birinci dəfə Nəcinin yanına (Nəcəfin sürü otardığı örüşə – N.Ş.) gedəndə sürünün itləri kənardan qaraltını alıb hürə-hürə üstümə cumdular. Nəci duyuq düşənəcən itlər məni haqladılar. Elə qorxdum ki! İncəvara itlər yaxınlaşanda nəyə görəsə mənə dəy-mədilər və peşman olubmuş kimi quyruqlarını bulayıb kənarda şönkürdülər.

Nəci:

– Qorxma! Qorxma! – deyə-deyə yamac aşağı yüyürüb, özünü mənə ye-tirdi. Əvvəlcə, itlərə təpindi, sonra mənə ürək-dirək verib dedi ki, arxayın ol, mənim itlərim heç vaxt arvad-uşağa toxunmaz...

– Əsl it qadına, bir də uşağa dəyməz – deyəndə təəccüb məni götürdü. – İla-hi it itliyi ilə qadına, uşağa dəymir, amma erməni quldurları Köhnə Həsənlidə insafsızcasına bütün arvadları, uşaqları, qundaqdakı körpələri belə qırıb qılıncdan keçiriblər. Ha fikirləşdim bu sualıma cavab tapa bilmədim...”

Hörmətli yazıçı dostum! Sizin romanınız, əslində, beş yaşlı uşağın XX əsrin 20–30-cu illərində cavab tapa bilmədiyi bu müdhiş sualın bədii-fəlsəfi cava-bıdır. Romanın sonunda elə erməni babalarının viran qoyduğu kənddə çörə-yimizi yemiş sovet ordusunun zabiti Arsen Manukyanın hiyləgər xisləti, hətta öz əsgəri Nəcəfə “atam da, mən də müsəlmanlığı qəbul etməyə hazırlaşırıq”, – deyə onun saf türk qəlbində özünə rəğbət qazanması, sonra da qaniçən babasının ruhuna sadiq qalıb xaincəsinə fin müharibəsində ilk fürsət düşən kimi kəş-fiyyatda onu arxadan vurması bu sualın cavabı kimi olduqca mənalı görünür.

Şəxsiyyətinizə və yaradıcılığınıza dərin hörmətlə,

Dostunuz, professor Nizaməddin Şəmsizadə
“525-ci qəzet”, 5 oktyabr 2010-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com