www.aliildirimoglu.az

“Közərən sətirlər”in istisi

XATİRƏLƏR SƏTİRLƏRƏ KÖÇƏNDƏ

Publisist-yazıçı Əli İldırımoğlunun “Közərən sətirlər” xatirə-romanında ana yanğısı, ana məhəbbəti qırmızı xətt kimi keçir. Ümumiyyətlə, kitabda ailə-məişət münasibətləri ictimai-siyasi münasibətlərin əsas xəttinə təkan verə-verə gedir.

Mərd, xeyirxah insanlar əsərin qəhrəmanına çevrilirlər. Əslində bu obraz-lar xırda cizgilərlə, xırda ştrixlərlə cızılsa da, cəmiyyətdə baş verən hadisələrin, təbəddülatların iştirakçısı olurlar.

Elləri, obaları qarış-qarış gəzən yazıçı hər kolun dibində, hər ağacın kölgə-sində, hər ocağın başında adət-ənənədən gələn bir məna görür. Mənəvi dayaqlarımıza söykənən düşüncələr yazıçının yaşantılarıdır ki, sənədlər, fakt-lar əsasında meydana çıxır.

Maraqlı, zəngin məlumatlarla, ibrətamiz əhvalatlarla dolu olan “Közərən sətirlər” kitabında isti, canlı yaşantıların, nəbz kimi döyünən anların, məqam-ların fonunda müəllif oxucunu öz dünyasına, söz dünyasına aparır. O, qələmə aldığı adamların daxili aləmləri ilə bahəm öz daxili dünyasını da açır. Odur ki, özünə məhrəm sandığı adamlar sənə də yaxın olur. Burada müəllif təhkiyəsi bir daha özünü qabarıq şəkildə göstərir. Üzləşib təmasda olduğu adamların obrazlarını elə təsvir edir ki, sən onların canlı şahidi olursan. Bir də görürsən, obraz gözləmədiyin halda yanaşı durur səninlə. Əlçatmaz sandığın adam indi sənə də məhrəmləşir, həmfikrinə çevrilir.

Bəli, ədəbiyyat yaranan gündən həqiqətə can atmış, leytmotiv kimi onu əsasına, məğzinə çevirmişdir. Şərlə xeyirin mübarizəsi elə bu qəbildəndir. Нəyatda həqiqət boğulduqca ədəbiyyatda ona təəssübkeşlik meyili daha da güclənir.

Əli İldırımoğlunun “Közərən sətirlər” romanında həqiqəti, inamı cızmaq təəccüb doğurmur. Bu romanın müsbət qəhrəmanı düzlükdür, həqiqətdir, adət-ənənəyə söykənən ədəb-ərkandır. Müəllif deyir ki, evlərə gedən qızın cehizi ədəb olmalıdır. Yoxsa cehizi bol, ədəb-ərkanı olmayan elə birinci gündən get-diyi evin valideynlərinin üzünə ağ olacaq. Belə yerdə xeyir-bərəkət də olmaz.

Həqiqətin üzünə qapı çırpan psixoloji reallıq səni köklü-köməcli silkələsə də, duyğularından ayrıla bilmirsən, pessimizmə qapılsan da, gözün yenə də həqiqət axtarır. Bu, ümidə bənzəyir, ölənə kimi onunla yaşayırsan. Cəmiy-yətin pozuntuları bəzən adamları çaşdırsa da, fərq etməz, ədalət öz qələbəsini gözləyir. Lakin fikirləşirsən, bu necə qələbədir ki, ömrün gedir, günün gedir, hələ də qələbənin çıxacaq sədasıyla yaşayırsan.

Dünyaların üstündən xətt çəkə-çəkə gedən ədalətsizlik, qanunsuzluq iş-işdən keçəndən sonra ədalət qismində meydana çıxır ki, mən də varam. Hə-yatın bu dialektik prosesi mürəkkəb, ziddiyyətli inkişaf tərzində meydana çıxır.

Psixoloji paralellər əsərin qayəsində öz izini qoyub gedir. Dramatizmi gücləndirir. Hadisələrin gedişində qəhrəmanların iradəsi həlledici rol oynayır. Düşdükləri mənəvi çətinliklər həyat imtahanı qarşısında onları sınaqlardan mətin çıxarır. Lakin bütünlükdə bunlar sınaqdan çıxmış adamın alnına iz salır. Bəli, budur həyatın boz həqiqəti.

Əli İldırımoğlu bir də görürsən yaxşı tarixçi kimi çıxış edir. Bir məktubun izinə düşüb Xruşşovun rəhbərlik etdiyi dövrü yada salır. Xatirələrin içindən baş qaldıran bir hadisə о vaxtın ab-havasının adamlarda yaratdığı əhval-ruhiyyə haqqında oxucuya yararlı məlumat verir. Avtobioqrafik üslubda yazılmış bu roman elə ona görə də tarixi baxımdan maraqlıdır. Müəllifin ətrafında baş verən təbəddülatlar, şahidi və iştirakçısı olduğu hadisələr, icti-mai-siyasi məqamlar, cəmiyyət hadisələrinə təkan verən anlar, nəhayət, tarixə çevrilən anlar – bunlar hamısı ədalətin meydana atdığı, hələ də həllini gözlədiyi problemlərdir ki, hər dövrün boynundan asılmış zəncir kimidir.

Etnoqrafik açıqlamalar romanın içindən keçib bu günümüzə körpü salır. Erməni məsələsinin dığırlana-dığırlana özünə yığdığı çör-çöplə yoğun-layıb bu günümüzə qədər necə gəldiyindən yazıçı özünəməxsusluqla söhbət açır. Namərd qonşunun başqalarına daim yük olduğundan dəlil-sübutlarla danışır. Riyakar Mikoyanların, Beriyaların “erməni məsələsi”nin ciddiləşmə-sindəki rolundan bəhs edən Əli İldırımoğlu göstərir ki, onların törətdikləri – Azərbaycana vurulan yaralar get-gedə böyüyür ki, kiçilmir. Bu gəlişlə ağzı qan dadına öyrəşən ermənilərin qonşu torpaqlara hərisliyi hələ qabaqdadır. Əmin-amanlığın ölkələrə gətirəcəyi inkişafdan qorxan qüvvələrin ermənilərə havadarlığı da aydındır.

Mehbalı Əmiraslanov Mircəfər Bağırovun məhkəməsində vaxtın çəkici altına düşəcəyindən qorxmur. Mərd-mərdanə verdiyi cavablara görə diqqət çəkir, maraq doğurur.

Əli İldırımoğlu bir şərhçi, kommentator-jurnalist-tədqiqatçı kimi də özünü tanıdır. Belə ki, təmasda olduğu görkəmli, istedadlı sənətkarların təkcə xarakterlərini açmaqla kifayətlənmir, eyni zamanda onların sənət dünyasına baş vurur, yaradıcılıqlarının yönümünü də araşdırır.

Müəllif, eyni zamanda müdaxilə etmədən adamların elə məziyyətlərini üzə çıxarır ki, əsərin əsas xəttində onlar publisist üslubun gəzişməsində qərar tutsalar da, bədii əsərin obrazı kimi görünürlər.

Ədəbiyyat belədir: yaxşılıqlar, zərifliklər ədalətsizliyin məngənəsi altında əzildikcə, nadanlıqlar, cəmiyyətin təkərini irəli yox, dala fırladan naqisliklər qələmin ağırlığı altına düşür, əzildikcə əzilir. Xalq deyimləri, məsəl-misallarıyla zəngin olan bu kitab xatirələrin qanadında həqiqətin romantikası ilə birləşib obyektiv gerçəkliyi əks etdirir. Burada kitabın ön sözündə Vaqif Yusiflinin dediyi: “Közərən sətirlər”də, mən deyərdim, Azərbaycan xalqının minillik tarixi, xüsusilə XX əsrin ictimai-siyasi mənzərələri məhz bu hərtə-rəfli dünyagörüşünün gözəl bəhrəsi kimi diqqəti cəlb edir” fikriylə razılaş-maya bilmirsən. Fikirləşirsən, nə yaxşı ki, bu xatirələr təkcə xəyalda qalmayıb. Sənətdən keçib “Közərən sətirlər”in işığında ünvanlı-ünvansız ürəklərin sakinlərinə çevrilib.

Kamilə Nemət
“Ədəbiyyat qəzeti”, 26 may 2000-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com