www.aliildirimoglu.az

Portretdən cizgilər ...

SADƏLİK EYLƏYƏR HƏR QÜSSƏDƏN AZADƏ SƏNİ...

Atamın qardaşı olmayıb. Mən evin böyük oğlu (həm də ilk övladı!) olduğumdan atam məni özünə qardaş-sirdaş bilib.

Atamı təkcə onun oğlu olduğuma görə çox istəmirəm, yox, mən atama geniş ictimaiyyətin gözü ilə baxıram və onun bir şəxsiyyət kimi necə böyük olduğunu hiss edirəm, duyuram.

Şair gözəl deyib:

El içində elə gəz ki, görsün hamı sadə səni,
Sadəlik eyləyər hər qüssədən azadə səni.

Mənim atam sadə, təmiz mənəviyyatlı və yüksək intellektli bir şəxsiyyət-dir. Ömrüm boyu atama oxşamağa çalışmışam. Və hətta indinin özündə də bir çox məsələlərə mən atamın ölçüləri ilə yanaşıram.

Mənim atam zəhmətdən yoğrulub. Allahın ona bəxş elədiyi fitri istedadı zəhmətinin körüyündə bişirə-bişirə özünə şərəfli ömür-gün qazanıb.

“Mən ürəyimin yağını çörəyimə yavanlıq edib, heç kəsə əyilmərəm” – belə deyir mənim atam – atam Əli İldırımoğlu...
Müəllimim və həm də qardaşım-sirdaşım...

Yusif İldırımzadə


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com