www.aliildirimoglu.az

SƏNƏDLİ HEKAYƏLƏR VƏ OÇERKLƏR

ERMƏNİ XİSLƏTİ

Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ zo­na­sında xidmət edirdim. Bir payız çağı yaxın qonşum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun maşınında Şuşaya gedirdik. Fermalar dağdan arana qayı­dır, köç əlin­dən tərpənmək olmurdu. Şuşanın dolay­larında yenə qoyun sürüləri ilə rastlaşdıq. Aşağı sürətlə gedən maşınımız sü­rünü yarıb irəliləmək üçün aramsız siq­nal verirdi. Qara­kərə qoyun gözlənilmədən dazıyıb özünü ma­şı­­nın qabaq fənərlərinə çırpdı, yıxıldı və tez qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxladıq, baxdıq. Qarakərə qoyunun ola bilsin ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı bir zədə almamışdı. Ar­xayın düşüb yolumuza da­vam etmək istəyəndə sürünün arxasından­ üz-gözünü tük bas­mış, hün­dür­boylu, cantaraq bir çoban çıxıb, əlində də­yə­nək kəsdi qaba­ğımızı və qışqıra-qışqıra:

- Ara, permanın qoyununa vurub hara qaçırsınız e, get­mə­yə qoy­muyacağam! Asma, getsəniz də, maşının nöm­rə­sini bilirəm…

Rəis maşından enib ona yaxınlaşdı, ədəb-ərkanla salam verdi və soruşdu:

- Bağışlayın, a kirvə, adınız nədir?

Erməni rəisin salam-kalamını vecinə almadan, təkəb­bürlə:

- Ara, adamı neynirsən e, - dedi. - Bu yolun içində mə­nə angetimə dolduracaqsan?! Aşotam ha! Aşot Manukyan! Demağına sözün nədi! Qoymuyacağam tərpənməyə, qoy­numa şikəstə eləmisən, cavabını ver! Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!

Rəis xoş dillə:

- Aşot kirvə, əvvəla qoyuna bir şey olmayıb, - dedi. - İkinci də, əgər şübhələnirsənsə ki, sonradan qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura, cəriməsini çə­kərik. Neçəyə deyirsən, pulunu verək, qoyun qalsın bizə.

Erməni rəisin yumşaq danışığını, bizim də sus­du-ğu-muzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə və sə­sini bir azda qaldırdı:

- Ara, mənim başıma xarabdı, burada xata çıxar­da-ca­ğam! Ay müsəlman, bura bazardı, dükandı ki, sizə qoyun sa­tım? Bu, permanın heyvanıdı!

Rəis çıxılmaz vəziyyətdə qaldı və yenə də Aşot Ma­nuk­yanı sakitləşdirib, razı salmaqdan ötrü dil tökməyə başladı:

- A kirvə, yaxşı, -  dedi, - onda gəl belə danışaq, hey­va­nın qiyməti neçəyədi, de, pulunu verək, qoyunu da is­tə-mirik, qalsın özünə.

- Ara, yox e, görürəm vəzifəniz də var, mən heç kimə qorx­muram! Permanın qoynuna vurmusunuz! Sizə qoy-ma­ram, bir addıma da gedəsiniz. Bu saat maşına da aza­ca­ğam. Siz qoynuma vurmusunuz, mən də maşınına sın­dıracağam.

Rəis dedi:

- Aşot kirvə, onda imkan ver, arxadan gələn fer­ma­lar­dan sənin ürəyinə yatan saz bir qoyun alaq verək. Əl çək, ayıbdı, gəlib-gedən bizə baxır. Vurulan qoyunu da özün kəsib yeyərsən, halalın olsun. - Rəis ermənini sakit­ləş-di­rib, yola gətirməyə çalışdı.

- Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz! Mənə aldatmağına bacarmayacaqsınız. Dağdan sağ-sala­ma­tına gətirdiyim qoyuna qıçına qırmısınız, ha yalvarın, xey­rinə yoxdur. Mənə də Hadrutlu Aşot deyərlər. Qaba­ğı­ma tərpənə bilməyəcaqsınız…

Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, mümkün ol­madı. Aşot qan-qan deyib durmuşdu. Öz-özlüyümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə enib ona baş qoşmağa dəyməz. Bir də ki, axı, onun erməni toxu­nul­maz­lığı var. Bir balaca o yan-bu yan olsa, bir ucu gedib çıxacaq Mos­kvaya. "Yan"ların başbilənləri gözlərini yumub, ağız­la­rını açıb, aləmə car çəkəcəklər ki, bax, erməniləri yola ver­mirlər, onları gözümçıxdıya salırlar. Zavallı çoban din­məz-söyləməz qoyun otardığı yerdə, gör onun başına nə müsibət açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki…

Sürücü Rəşid də bizdən keçib məsələyə müdaxilə elə­mir­di. Onun xasiyyəti də başqaydı. İyirmi-iyirmi beş yaşı olan bu adamla iki gün yol get, dindirsən danışacaq, din­dir­məsən, kəlmə kəsən deyil. Necə deyərlər, qızdan-gə­lin­dən həyalı adamdı. O da sükanın arxasında mat-məəttəl qu­ruyub qalmışdı. Ancaq hiss edirdim ki, Rəşidin içə­ri­sin­də dişi bağırsağını kəsir.

 Üç nəfər adam, bir maşın Aşotun çəngindən qur­tara bil­mirdik. Bəs nə edək, - öz-özümə düşündüm. Aşot  Ma­nuk­yan ipə-sapa yatmırdı. O, qovduqca, rəis qa­­çırdı, biz də dinmirdik.

Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sü­ka­nın arxasından çıxıb maşının açarını rəisin üstünə ataraq:

- Yoldaş Məmmədov, - dedi. - Bu gündən sizin işçi de­yi­ləm, əmrimi verin, çıxarın! Əşi, ölmək ölməkdir, xırıl­damaq nə deməkdir?! Bayaqdan qalmısınız bu sırtıq, hə­ya­sız erməninin əlində! Siz bəlkə vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey yoxdu!..

Rəşid hücum çəkdi erməninin üstünə:

- Ə, vicdansız oğlu, vicdansız, - dedi. Bayaqdan bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!

Rəis sürücüyə təpindi ki, çoban adamdı, onnan işin olmasın. Həmişə özündən böyüyün qarşısında "bəli,baş üstə"dən başqa kəlmə kəsməyən sürücü bu dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü yarım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücünün boynuna sarıldı:

- Va! Ara! Bu dalıdı - nadı! Ara, məssəb haqqı, zarapat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə kök adamlara bir qoyun nədi ki?! Mənim sürümün hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda gərək günahıma bağışlayasınız…

Sürücünün əl-qolu yanına düşdü. O, xarakterinə xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkə-çəkə geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri qan-qan deyib qarşımızda meydan sulayan Aşot Manukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolumuza davam etdik…

 

 1997-ci il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com