www.aliildirimoglu.az

OÇERKLƏR

ŞƏLALƏ

İlin gəlin çağı idi. Bahar təzəcə yarı olmuşdu. Ley­­san yağışları ara vermirdi. Əli tarla düşərgə­sinin dəhlizində dayanıb torpağın geniş sinəsinə yaşıl izlər salan bitkilərin cərgəsinə heyranlıqla baxır və öz-özünədüşünürdü: "Bu il məhsulumuz bol olacaq. Hek-tardan qırx sentnerə söz yoxdur. Ancaq hələ harasıdır. Becər­məni başa vurmaq, yetişəni vaxtında götürmək..."

Çoban dağının zirvəsindən qopan şaqqıltı Əlini düşüncələrindən ayırdı. Tutqun səmada sıxlaşan qara buludların arasından şaxəli işıq saçdı. Bərk gurultu eşidildi, yer silkələndi. Əli bir qədər həyəcanlanan kimi oldu, lakin təmkinini pozmadı. O, təzə sapladığı beli götürüb cəld addımlarla sahənin başına tərəf yönəldi. Yağışın getdikcə şiddətlənməsinə baxmayaraq bir göz qırpımında bütün bənd-bərələri bağladı, sahəyə açılan dəmir kanal qapılarını dərhal aşağı saldı. Yuxarıdan baş alıb gələn selin istiqamətini yaxınlıqdakı dərələrə tərəf döndərdi, tarlanın bir qarışını belə selin güdazına vermədi...

Yağış Kürə tərəf sovuşdu, səma açıldı, qövsi-qüze­hin əlvan boyaları göründü. Tərtəmiz yuyulmuş körpə bitkilərin yaşıl yarpaqlarında büllur damcılar işıldadı. İndi Əlinin qətiyyətli mis çöhrəsi sevinc ifadə edirdi. O, təbiətin bu cur şıltaqlığını çox görub. Neçə dəfə belə sellərlə üzləşib. Ancaq bu kortəbii quvvələrə heç vaxt bac verməyib. Həmişə ayıq-sayıq olub, tərini torpağına qatdığı tarlanı neçə-neçə zavallardan qoruyub.

"Sosializm" kolxozuna gedən yol Ağcabədi rayonunun ərazisindən keçir və sonra sola tərəf burulub əkinləri yarıya bölur. Hər dəfə buradan ötəndə Əli Zey­nalovu sahənin kənarında, arxın üstündə, mavi suların qabağında,  bəzən də lap tarlanın dərinliklə­rində görürdük. Əlində bel, ayağında uzunboğaz rezin çəkmə hey əkinləri dolaşır. Qışın şaxtalı günlərində  arxların buz haşiyələrini sındırıb torpağı arata qoyur. Sahələr əkinə hazırlananda yerin əyər-əskiyini sahmana salan, mala çəkən mexanizatorlara yan alıb özunəməxsus tələbkarlıqla:

- Bura bir balaca çala kimidir, suvaranda gölməçə əmələ gəlir. Gərək torpağın səthini düzəldəsiniz, - deyir. - Tarla əl içi kimi dümdüz olmalıdır. Axı, pambıqyığan maşınların da rəvan işləməsini nəzərə almaq lazımdır. Oğul, kəmiyyət dalınca qaçmayın, gördü­yü-nüz işin keyfiyyətinə də fikir verin.

Yarım əsrdən artıq ömrünün çoxunu Qarabağın bu səfalı guşəsində keçirən Əli kişi becərmənin qızğın vaxtı tez-tez universalçılarla götur-qoy edir. Deyir ki, gərək suvarma ilə kultivasiya işləri düzgünəlaqə­lən-dirilə. Kimin nə həddi var ki, kultivasiyanı öz vaxtında və həm də təcrübəli suçunun tələb etdiyi dərinlikdə çəkməsin?!

Sübhün ala gözləri açılan kimi Baharlı kəndinin adamları xoş əhvali-ruhiyyə ilə, dəstə-dəstə sahələrə doğru axışırlar. Ancaq tarla yolunda həmişə onlardan qabaq bir iz görünür, ayaq izi. Görəsən, bu qoçaq tərpənən kimdir? Heç kəsin dodağında belə bir sual pıçıldamır. Bilirlər ki, Əli olar. Onun qəribə mərəzi var. Dan yeri söküləndə tarlaya çıxır. Əvvəl-əvvəl kimsəsiz sahələrə baş çəkir, arx və bərələrə əl gəzdirir, bitkilərin ümumi vəziyyətinə qayğılı nəzər yetirir. Sonra... sonra, yaxınlıqda çiçəkli çəmənliyin dövrəyə aldığı Kəhrizə tərəf dolaylanır.  Bulağın dupduru və sərin suyundan doyunca içib, bir neçə ovuc da üzünə vurur. Oturub bir anlığa dincini alır, ətrafın əsrarəngiz mənzərəsini seyr edir, suyun şırıltısını dinləyir. Adət etdiyi bu səs ona xoş bir musiqi təsiri bağışlayır. Cilalanmış yastı və hamar daşa dirsəklənib göy otun üstündə dəstərxan açır. Suyun qırağında bitən yarpızdan bir dəstə qırıb motal pendiri ilə birlikdə nazik yuxaya bükür, səliqə ilə dürmək tutur. Kəhrizin həzin zümzüməsi Əliyəana laylası kimi necə də doğmadır, necə də əzizdir. Özü demişkən o, lap uşaqlıq illərindən bu yerlərin füsunkar gözəlliyinə vurğundur.

Bəzən cavanlar zarafata salıb ona eyhamla deyirlər:

- Əli əmi, yenə bulaq başından ləzzət alırsan?! Canının qədrini azca bilmirsən, haa?!

- A bala, hər şeyin bir azarkeşi olar. Biriniz əlinizdə tranzistor gəzdirib qatma-qarışıq vığ-vuğ caz musiqisinə qulaq asırsınız, bəziniz də xokkey, futbol düşgünüsünüz. Mən də ayağım yer tutub, ağlım kəsən gündən bu bağ-bağata, bərəkətli tarlalara, yaşıl çəmənlərə, sərin bulaqlara aşiq olmuşam. Elə çörək də bu torpaqdan, bu sudan, bir də ki, bax, bu belin ağzından çıxır. Top qovalamaqdan yox, - deyə Əli kişi də onların atmacasına zarafatla cavab verir.

Ancaq onun suçu həmkarlarından biri bizə pıçıldayaraq həqiqəti açdı:

- Düzünü axtarsanız, bizim bu kənddə Əli kişi idmanı hamıdan çox sevir, - dedi. - Poçtalyon qəzet, jurnal gətirən kimi, uşaqlara deyir ki, a bala, baxın görək bu gün radio, televizor proqramında maraqlı nə var? Futboldan, xokkeydən, boksdan-zaddan göstərəcəklərmi?

Əlinin həmkarı sonra ehtiyatla əlavə etdi:

- Amma söz burada qalsın ha. Bilirəm müxbirsiniz, birdən gedib qəzetə yazarsınız, yaxşı düşməz, Əli eşidib, bilib inciyər.

Biz də onun xahişini yerinə yetirib məsələni açıb-ağartmırıq. Qoy bu müəmmalı sirr heç Baharlıdan kənara çıxmasın. Elə aramızda örtülü qalsın. Bir də ki, onun barəsində deməyə məgər söz qəhətdir?!

* * *

...Ağır müharibə illəri idi. Bərk qar düşmüşdü. Ağdamı dövrəyə alan zirvəli dağlar, alçaq təpələr ağ örpəyə bürünmüşdü. Baharlı kəndində neçələrinin ocağı sönmüş, tüstüsü kəsilmişdi. Bozumtul səmada işıldayan qış günəşinin ilıq ziyası günortaüstü havanı bir qədər yumşaldır, şaxtanı kəsərdən salırdı. Taxta­puşların qırağından sallanan buz lülələrdən nisgilli anaların göz yaşı kimi aram-aram damcılar düşürdü. Sükuta dalmış evlər də qəmli görünürdü. Əli fikirli-fikirli torpağın sinəsində arxlar düzəldir, payızda kotanın ağzından çıxan dərin şuma dondurma suyu verirdi. O, alnında puçurlanan təri silir, qarı qənd kimi xarladıb əridən suyun səmtini dəyişir və həm də daxilən özü özünü məzəmmət edirdi:

"- Hamı cəbhəyə gedib, silaha sarılıb, düşmənə qarşı sinə gərib, mən də... mən də buralarda eşələ­nirəm. Nə olsun ki, rayondan hərbi komissarlıq çağırmır? Özüm gedib yada salaram, məcbur edərəm. Ərizə yazıb könüllü əsgər gedərəm. Arxa cəbhədə qadınlar da çalışa bilər. Axı, mən başıma papaq qoymuşam..."

O, qalın və ağ yorğanın altında uyuyub şirin qış yuxusuna gedən bərəkətli çöllərə, qarın ağırlığından budaqları yana sallanan ağaclara, buğlana-buğlana axan Kəhrizə axırıncı dəfə, həm də gözü dolusu nəzər saldı. Əli özü ilə danışırmış kimi:

"- Ya qismət, bəlkə qayıtmadım. Bəlkə, bir də görüşmədim" - deyə xəfifcə pıçıldadı. Əyilib dodaq­la­rını Kəhrizin gözünə söykədi, üzünə bir ovuc su vurdu. Bulaqla da vidalaşdı.

...İndi onun səsi cəbhədən gəlirdi. Anası Sürəyya xalaya tez-tez məktub göndərirdi. Rus, ukraynalı, erməni, gürcü dostları ilə birlikdə faşist işğalçılarına qarşı necə mərdliklə vuruşduqlarından, dar ayaqdaəsgər yoldaşlarının ona olan etibarından yazırdı. Ya-zır­dı ki, biz artıq Ukrayna torpaqlarında irəliləyirik, düşmən getdikcə öz qınına çəkilir, tezliklə dava sovuşacaq, biz görüşəcəyik, darıxma, ana...

Neçə il beləcə nikbin, təsəlliverici məktubları gəldi. Sonra, bir bahar çağı da özü. Sinəsində neçə orden-medalı. Baharlı kəndinin adamları Əlini təbrik etdilər. Kərpic komada yeganə qalan bacısı Xanıma gözaydınlığı verdilər. Xanımın qəlbində qövr edən qardaş dərdi bir dünya bacı sevinci ilə əvəz olundu.

Əli bəziləri kimi kolxoz başçılarına üz tutub - Cəbhədən qayıtmışam, mənə yüngül bir vəzifə verin, - demədi. Günü sabahdan boz əsgər şinelini soyunub öz suçu libasını geyindi. Odunxananın küncünəsöykədiyi beli necə qoymuşdusa, eləcə də dururdu. İllərdən bəri işlənmədiyinə görə belin ağzını pas basmış, o vaxtdan üstündə qalan bir ovuc palçıq quruyub daşa dönmüşdü. Sanki bu cansız alət də sahibinin dərdini çəkirmiş kimi cilalanmış parlaq görkəmini dəyişib, heç kəsin itirib axtarmadığı gərəksiz, misgin bir mirasa dön­müşdü. Əli onu yuxarı qaldırdı, fəxrlə çiyninə qoy­du, tarlaya yollandı. Yenə də... Yenə də yolunu Kəh­ri­zin üstündən saldı. Çeşmənin durna gözünü lildən, daşdan, cəngəldən, çürüyüb qalmış çör-çöpdən təmizlədi. Bu da bir həsrətli görüş... Qalib əsgərin əlindəki belin cingiltisi qələbəsimfoniyasının akkordu kimi səs­ləndi... Təpələr onun qarşısına ətək-ətək gül-çiçəklə çıxmışdı. Xəfif meh üstündə balaca qozaları, ağ-çəh-rayı çiçəkləri olan pambıq kollarını titrədir, yaşıl tarlalar indi təbəssümlü kimi görünürdü. Əli uğrunda vuruşduğu bu doğma diyarı sanki qucaqlayıb bağrına basırdı. Elə bil bu tarla, çöl-çəmən, yol-riz, arx, bərələr Əlisiz qəribsəmişdi. Onun yaraları indicə-indicə qay­saqlanırdı, sağalırdı. Vətən torpağının şəfaverici isti nəfəsi ilə...

O gündən bu günə üzv olduğu briqadanın tarlasını suvarır, hər işdə kolxozun karına gəlir. Həyat yoldaşı Züleyxa ilə birgə çalışır, birgə yarışırlar. On övladları var. Beşi qız, beşi də oğlan. Əli ilə Züley­xa­nın layiqli xələfləri. Çoxu özünə ailə həyatı qurub, ev­də­kilər də kənddə, müxtəlif ixtisas məktəblərində təhsil alırlar. Uşaqların çoxluğundan söhbət düşəndə Əli kişi özünəməxsus zarafatcıllıqla deyir.

- A bala, elə təkcə pambıq və ya taxıl əkib-becərməklə iş düzəlir? Gələcək üçün də bir qurub-yaradan lazımdır, ya yox?!

Əli Zeynalov əməkdar suçudur. Züleyxa Qəhrə­man ana. Baharlıda bu tarla bahadırlarının hünə­rin­dən necə də iftixarla danışırlar. Onuncu beşilliyin vəzi­fə­ləri müzakirə olunanda hərə bir təklif irəli sürdü. De­di­lər ki, hektardan otuz sentner planımızdı, amma otuz beş götürməliyik. Onda Əli kişi təbdən çıxıb özünü qabağa verdi və salondakıları sakitləşdirərək:

- A yoldaşlar, - dedi. - Bu beşillik əvvəlki beşilliklərə bənzəməz. Vaxt var idi, qar yerə düşənə qədər pam­bıq yığılırdı. Amma yenə də plan ödənmirdi, işi­miz müşkül olmuşdu. Sağ olsun Mərkəzi Komitəmizi, pambığın yolundakı tilsimləri qırdı, maneələri alt-üst etdi. İndi respublikamız yarım  milyon tona qalxıb. Partiyamızın Moskvadakı qurultayında da biz Azər­baycan pambıqçılarının qarşısına belə bir rəqəm yazılıb - altı yüz min ton! Papağımızı qabağımıza qo­yub bu barədə əməlli-başlı fikirləşməliyik. Bizim "Sosializm" kolxozu da Ağdamda böyük təsərrüfatdır. Hərəniz bir avaz oxumayın! Bu il qırx sentnerdən aşağı düşdü yoxdu. Raykomumuz da arxamızda möhkəmcə dayanıb. Öldü var, döndü yox!

nd ağsaqqalı düyünlənmiş yumruğunu havada qətiyyətlə silkələyərək bir də təkrar etdi:

- Hektardan qırx sentner!

Əlini camaat sayır. O, el ağsaqqalıdır. Hamının yanında xətir-hörməti var. Heç kəs onun bir sözünü iki eləməz. Odur ki, camaat onun dediyinə tərəfdar çıxdı. Bu, kolxoz idarə heyəti sədrinin dəürəyindən oldu.

Günü sabahdan kolxoz kəndlərindən pambıq tarlalarına gur bir axın başlandı. Mütəxəssis, meliorator, mexanizator, traktor, buldozer, ekskavator, avto­maşın axını. Hamı ellikcə yarışa çıxdı. Onuncu beşilliyin nübar ilinin vəzifələrini yerinə yetirmək naminə. Heç kəs biliyini, bacarığını əsirgəmədi. Əkin və becərmə işləri vaxtında, vədəsində başa çatdı. Tarlalar barlı-bəhrəli oldu.

Müharibə veteranı, əməkdar suçu, kənd ağsaqqalı daim bu yürüşün önündə irəliləyir. Geniş çöllərin yaşıl xalısına ağ xallar düşəndən bəri həm ömür, həm də iş yoldaşı Züleyxa xala ilə birlikdəoğlanlarını, qızlarını, nəvələrini başına yığıb cıdır meydanına çıxıb həmişə olduğu kimi, yenə də bu sınaq günlərində hünər göstərirlər.

li, indi hünər meydanı, sınaq günləridir. Pambıq səhralarında cövlan edən "mavi gəmilər"in bunke­rin­dən maşın-maşın "ağ qızıl" süzülür. Durna qatarı kimi cərgələnən qız-gəlinin döşlükləri gündə neçə dəfə dolub-boşalır, xarallar yan-yana düzülür. Asfalt meydançalarda transportyorlardan lafetlərə axıb tökülən ağ pambıq yalçın qayaların döşündə çırpınıb köpüklənən şəlaləni xatırladır. Torpaqdan, sudan, günəşdən, bir də ki, Əlinin alnındakı tər damlalarından yaranan ağ şəlalə.

 

1977-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com