www.aliildirimoglu.az

Yeniliklər

Görkəmli yazıçı, publisist Əli İldırımoğlu haqqında sayt yaradılmışdır

Bakı, 27 oktyabr (AzərTAc).
Görkəmli yazıçı, publisist Əli İldırımoğlu barədə informasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə edilərək internet saytı yaradılmışdır. Sayt yazıçının bütün yaradıcılığını əks etdirir. İnternet istifadəçiləri saytı www.aliildirimoglu.az  və ya www.aliildirimoglu.com  internet ünvanlarında izləyə bilərlər. 
AzərTAc xəbər verir ki, saytda Ə.İldırımoğlunun dövri mətbuatda dərc edilmiş yazıları, çap olunmuş əsərləri, əsərlərinə dair rəylər, məqalələr, video və fotomateriallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. 
Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
Qeyd edək ki, Əli İldırımoğlu 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. 
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir. 
1941-45-ci illərdə arxa cəbhədə göstərdiyi xidmətlər müqabilində yazıçı “Rəşadətli əməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə isə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli İldırımoğlu 1988-ci ildə “Əməkdar Jurnalist” adına layiq görülmüşdür.

Məndə: http://www.azertag.gov.az

Bu saytda görkəmli yazıçı, jurnalist Əli İldırımoğlu barədə dövri mətbuatda dərc edilmiş yazılar, əsərlərinə dair rəylər, məqalələr, habelə çap olunmuş əsərləri, video və foto materiallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.aliildirimoglu.az





 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com