www.aliildirimoglu.az

Yeniliklər

Türkiyənin millət vəkili Əli İldırımoğlunu təbrik etdi

85 illik yubileyi münasibəti ilə görkəmli Azərbaycan yazıçısı Əli İldırımoğlunun ünvanına müxtəlif yerlərdən təbrik məktubları gəlməkdə davam edir.Qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbuldan secilmiş millət vəkili, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlamentlər Assambleyasının Türk Qurumu Başqanı doktor İsmail Safi də yazıçını 85 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Əli İldırımoğlu.

İlk öncə Sizi 85 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz öz mənalı həyatınızı gələcək nəsillərə örnək və ibrət olası bir ziyalı kimi yaşamısınız və inanıram ki, bu, illər uzunu davam edəcək. Siz bu 85 illik ömrün hər anını şəxsiyyətinizlə doğmalaşan qələminizə sarılaraq, özünüzdən sonrakı nəsillər üçün hər zaman yaşayacaq önəmli əsərlər yazmaqla yaşamısınız.

Dəyərli əsərləriniz bu gün təkcə qardaş Azərbaycan üçün deyil, bütün Qafqaz, Türkiyə və bölgə üçün önəmli dəyərlər ifadə etməkdədir. Jurnalistlik fəaliyyətinizlə yanaşı, ədəbi əsərləriniz də özünə geniş oxucu auditoriyası qazanıb. Bu müstəsna xidmətləriniz hər zaman böyük hörmətlə anılır.

Dəyərli Ustad!

Bu mənalı həyatınızın davamında Sizə ilk öncə sağlam, uzun və xoşbəxt illər arzulayıram. Yeganə istəyimiz hələ bundan sonra xeyli ildönümlərini qeyd edəcəyinizə inandığımız bu zaman kəsiyində öz dəyərli əsərlərinizi biz oxuculardan əsirgəməməyinizdir.

Mürəkkəbiniz heç zaman qurumasın.

Tanrı Sizi millətimizə çox görməsin.

Salam və sayğılarımla

Doktor İsmail Safi

Bu saytda görkəmli yazıçı, jurnalist Əli İldırımoğlu barədə dövri mətbuatda dərc edilmiş yazılar, əsərlərinə dair rəylər, məqalələr, habelə çap olunmuş əsərləri, video və foto materiallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.aliildirimoglu.az





 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com