|
Portretdən cizgilər ...
SÖZ RƏSSAMI
Əli İldırımoğlu kənd həyatını, kənd güzəranını, kəndistan əhlini o qədər yerli-yataqlı, o qədər dəqiq və o qədər koloritli təsvir edir ki, sözlər sadəcə söz olmaqdan çıxıb rənglərə dönürlər. Göz önündə elin-elatın əlvan dünyası canlanır. Ona görə də Əli İldırımoğlunu yalnız yazıçı saymaq yetərli deyil. O, sözlə rəssamlıq etməyi bacaran, sözləri fırçaya döndərməyə qadir olan bir sənətkardır.
Rasim Balayev
|
|