|
“Mənim rəncbər atam”ın həqiqətləri
EHTİRAM ABİDƏSİ
Hər qiymətli kitab dünyaya açılan pəncərədir. Oxucu bu rakusda öz dünyasını görür, şəxsiyyətini dərk edir. Özünüdərk həyatı daha yaxşı anla-mağa kömək edir. Özünü dərk etmədən başqalarını da dərk etmək mümkün deyil. Bəzən bir müdrik əsər illərlə müşahidə etdiyimiz, lakin düzgün qiymət-ləndirmədiyimiz, yanından laqeydliklə ötdüyümüz həyat hadisələrini gözləri-miz önündə yeni çalarlarda elə canlandırır ki, ətrafda baş verənləri, bizi əhatə edənləri məhz olduğu kimi, mahiyyətə vararaq dərk etməyə başlayırıq. Bax, budur bədii sözün qüdrəti. Məhz obrazlı təfəkkürə söykənən, bədii təxəyyü-lün həssas süzgəcindən keçən hadisələr, insanlar, xarakterlər qeyri-adi təsir gücünə malik olur. Adamlar yaşa dolduqca bu həyat faktı da yeni təravət kəsb edir, ömrün müxtəlif dönümlərində sənin yaşıdına, yol yoldaşına çevrilir, könülləri, ruhları əzən yorucu həyatda bir sadiq məsləhətçin olur.
Yazıçı Əli İldırımoğlunun “Mənim rəncbər atam” kitabı məhz bu keyfiy-yətlərlə zəngindir. Əsər təcrübəli və istedadlı nasirin yaradıcılığında yeni mərhələdir. Tələbkar oxucu bu sətirlər arasında zövqünə uyğun bir həyat ya-şayır, arzularına cavab tapır. Mövzunun qayəsi və bədii həlli bu mənada oxucunun tələbləri səviyyəsindədir.
Adından göründüyü kimi, əsər müəllifin atası İldırım kişinin xatirəsinə həsr edilib. Kitabda oğul-ata münasibətləri və qayğıları paralel təsvir edilir. Oğul hələ körpə ikən anasını itirdiyindən mehrini doğma, həm də mənən uca atasına salıb. Ata ilahilik səviyyəsinə qaldırılır. Əsərin qəhrəmanı olan ata ləyaqətli bir ömür yaşayıb, yaddaşlara bütövlüyü və əzəməti ilə seçilən xatirə qoyub gedib. Lakin kitabın məziyyəti yalnız atanın ömür tarixçəsindən ayrı-ayrı səhifələrin nəqlindən ibarət deyil. Əsərdə hadisələrə yaxından və ya ümumilikdə nüfuz edilir. Atanın zəngin həyatı, əxlaqi saflıqdan yoğrulmuş mənəvi dünyası, ruhi və fəlsəfi aləmi ictimai münasibətlərin fonunda təhlil edilir. Bu dünyanın meridianları və paralelləri zəngin və rəngarəngdir, acılı-şirinlidir. Onun mənəvi sərhədləri təkcə xeyirxahlıq, mərdlik, zəhmətsevər-liklə məhdudlaşmır. Bu keyfiyyətlər həm də nümunəvi müasirimizin canlı obrazının tamamlanmasına kömək edir. Ən ağır sınaqlar belə atanı sındıra, öz yolundan sapdıra bilmir; ən çətin anlarda belə, o, sarsılmır, öz prinsiplə-rindən dönmür. Uzaq şəhərdə şaxtalı qış gecəsində həmyerliləri olan ər-ar-vadın təhqiramiz etinasızlığına dözməkdənsə, mənliyini qorumağa üstünlük verir, nanəcib insanların isti ocağı əvəzinə özünü quduz şaxtanın, vahiməli gecənin ağuşuna atır. Bir gecənin bütün ömrünü zəhərləyəcək rahatlığı onu heç cür cəlb edə bilməzdi. Məhz bu prinsiplə yorğun, taqətdən düşmüş, ac və yaşlı bir adamın həyatını əbləhlərdən asılı olmamaq üçün, könüllü olaraq təbiətin və taleyin amansız ixtiyarına buraxır.
Axı belə sınaqlar onun ömründə az olmayıb. Onun mənəvi və əxlaqi dünyasının zənginliyi və saflığı isə məhz kritik anlarda özünü tam dolğunluğu ilə göstərir. Bu dünyada yandırıcı isti ilə də, qanı damarlarda donduran soyuqla da çox üz-üzə gəlib. Bu dünyanın səthini dağlar, meşələr, çəmənlər, geniş düzənliklər, həm də susuz səhralar, tropik cəngəlliklər, Dantenin cəhən-nəmini andıran dibsiz uçurumlar sərgiləyir. Bu müdhiş kontrastlarda, keçil-məz ziddiyyətlər burulğanında sözün həqiqi mənasında rəmzlənən insan kimi yaşamaq olduqca çətindir. Lakin insanlığını itirməklə yaşamaq başqaları üçün məqbul olduğu halda, kitabın qəhrəmanı üçün tam qeyri-mümkündür. Qədim Roma şairi Yuvenalın yazdığı “Həyata görə həyatın mənasını itirməkmi?” sualını, elə bil ki, ən çətin anlarda Yuvenaldan xəbərsiz olan İldırım kişi özünə verir, cavabı da daim eyni və dəyişilməz olur. Onunçün həyatın mənası insani sifətini hifz edib saxlamaqdır. Bu həyatın özünü qorumaqdan daha üstündür. Bütün bunlar atanı ucalıq zirvəsinə qaldırır, onu ümumiləşmiş obraza çevirir, nəticədə cazibədar fərdi xüsusiyyətlərdən milli ruhu təcəssüm etdirən insanın, el gözündə böyüklüyü təsdiq edilmiş köhnə bir kişinin abidəsi boylanır.
Onun əlləri ağır fiziki işdən qabar-qabar olsa da, düyün bağlasa da, könlü öz duruluğunu, zərifliyini saxlayıb. Böyük qardaşı öləndən sonra onun ailəsi-ni də özününkü ilə birgə bir dam altına yığıb, onlara nisgilini unutdurub. İnsan-sevərlik nümunələri cavabsız da qalmır. Qardaşı uşaqları yaşa dolub, özlərini idarə etməyə başladıqdan sonra da əminin sərt, güzəştsiz, ancaq ədalətli dan-lağını doğma ata məzəmməti kimi qəbul edir, ibrət götürür, nəticə çıxarırlar.
İldırım kişi sözdə israfçılığa yol vermir, az danışır, ancaq mənalı danışır. Onun həyat fəlsəfəsində doğma xalqının, əcdadlarının əxlaqi və mənəvi irsindən gələn böyük hikmətlər gizlənib. O, dünyanı kitablardan deyil, hə-yatın özündən öyrənib. Zəhmət, təbiət cisimlərinə tətbiq etdiyi ata-babadan qalmış üsullar onu kamil həyat universitetindən keçirib. Ona görə də müla-hizələrində dolaşıqlığa yol vermir, ən mürəkkəb hadisəni belə özünəməxsus sadə, lakin dərin məntiqi və fəlsəfi anlamda izah edir.
İldırım kişi namus, qeyrət dağı olsa da, “namus”, “qeyrət” sözlərini dilinə gətirmir, müqəddəs sayılan dəyərlər barədə addımbaşı söhbət açmır. Vicdanı heç bir ləkə tanımayan bu insan namus, qeyrət ləkəsinə rüsvayedici hal kimi yanaşır. Çünki xalqdan, eldən gələn adətləri, qaydaları hər dəfə pozub, ye-nidən yazmaq mümkün deyil. Müəllif oxucunu da təbiətin dərk edilməmiş sirlərini anlamağa çağırır, insanın əxlaqi, estetik kamilləşməsinin özünəməx-sus yollarını məhz təbiətlə əlaqədə görür. Axı, təbiətə vurğunluq insanı sevməyi də öyrədir. Müəllif təbiətin böyüklüyünə nüfuz etməyə qadirdir, yaxşı görmə hissiyyatına malikdir. Təbiətə belə vurğunluq təlqin etməsi ilə, təəssüf ki, müasir ədəbiyyatımızın az-az nümunələri öyünə bilər.
Əsərin məziyyətlərinə nəzər saldıqda yaponların orta əsrlərdə şöhrət tap-mış dzuyxitsu janrı yada düşür. Hərfi mənada bu söz “fırçanın arxasınca”, “fırçanın arxasına düşərək” mənasını verir. Janr ağıla gələn, gözə görünən hər şeyi qələmə almağı, bu vaxt yalnız təkcə könlün hərəkətinə tabe olmağı tələb edir. Elə qoy bu xatirə və ya qəfil bir fikir olsun, məişət səhnəsi, həyat və insanlar haqqında düşüncələr olsun. “Fırçanın arxasınca düşərəк” yazmaq, sərbəst nəql etmək, hadisələri niyyətsiz və qərəzsiz təsvir və şərh etməkdir. Poeziya üçün bu, təbii hal hesab edilsə də, nəsr üçün nadir hadisədir.
Əsərin üçüncü mühüm iştirakçısı Vətəndir. Əsərdə acısı, sevinci, dərdi, qəmi onu tam səmimi qaydada Ana adlandıranların hislərinə, ruhlarına hop-muş və el, oba, yurd kimi anlayışlarda daha da doğmalaşan, özününküləşən Vətəndən söhbət gedir. İldırım kişi ilk dəfə dünyaya göz açdığı və son nəfəsini verdiyi Əliquluuşağı kəndi ilə qırılmaz tellərlə bağlıdır. Axı torpağa olan məhəbbətini də о, burada anlayıb, şüurunu, gücünü, qüvvətini bu kəndə həsr edib. O, madar oğlunu da təkcə kənar məkanlara deyil, insanlıq səmasına da buradan pərvazlandırıb. Ata oğluna təbiəti sevdirən kimi, ona öz vətəninə məhəbbət bəsləməyi də aşılayıb. Daim düşmənə qarşı sayıq olmağı tapşırır və oğluna XX əsrin ikinci onilliyində düşmənin yandırdığı kəndin qalıqlarını qədim Mədain xərabələri ciddiyyətində və miqyasında təqdim edir.
İldırım kişinin vəfatından xeyli sonra düşmən yenidən bu torpaqlara ayaq basır, Əliquluuşağını da işğal edir. Əhali qaçqın həyatını yaşamağa məcbur olur. Onun qardaşı oğlu ömrünün qürub çağında bu milli faciənin səbəblərini və baiskarlarını tapmağa cəhd edir. Onun fikirləri nə qədər subyektiv görünsə də, itirilmiş yurd ağrısından sağalmaz dərdə mübtəla olmuş adamın yanıqlı harayını, naləsini andırır. Müəllif dövrün bu dözülməz ağrılarını bütün dəhşəti ilə təsvir etməyə cəhd göstərir.
Müşahidələrdən vəcdə gəlmə və yazının zərif ruhu kitaba ayrıca təravət verir. Bədii istedad insan fikrinin hər şeydən qüdrətli sayılan yazı dili ilə vəhdətdə xüsusi təsir gücünə yiyələnir. Xalq dilinin sadəliyindəki zənginlik, təşbeh ifadələri şəklindəki naxışları, şirinliyi bədii ədəbiyyata optimal ölçü-lərdə gətirildikdə söz sənəti xüsusi möcüzə qabiliyyətinə yiyələnir. Qəsdən düşünülməmiş, hətta nəzərə çarpdırılmayan dərəcədə olan sadə obrazların köməyi ilə tamamlandıqda biz kənd həyatının sehrli mahiyyətinə nüfuz edə bilirik. Bu təsvirlər kəndin onsuz da çoxrəngli, al-əlvan təbiətinə heç nə əlavə etməsə də, yaradılan mənzərələr kəskin emosional təəssürat oyadır. Axı məh-rəm, dərin hislər barədə birbaşa danışmaq mümkün deyildir, bu, bayağı görü-nərdi. Hiss dərin olduqca, о işarələrdə, eyhamlarda özünü gizlədir. Duyan ürəyə qönçələr də açılmış güllərə nisbətən daha çox şey deyir. Nəsrə musiqili dil hesabına şeiriyyət gətirmək isə bu əsərin bədii dəyərinə əlavə üstünlük verir.
Kitabın finalı böyük təsir gücünə malikdir. Burada ata-oğul məhəbbətinin ucalığını, apofeozunu təsvir edən səhnələr incə və sehrli hislərin çuğlaşmasın-da, bir-birini tamamlamasında əks olunub. Çünki qonşu ölkənin paytaxtında olanda, onda anlaşılmayan bir depressiya meydana gəlir, onu əzən pessimist düşüncələrdən ayrıla bilmir. Çox yaxın olduğu yol yoldaşına da dərdini anla-mayacağı gümanı ilə narahatlığını açmaqdan vaz keçir. Gecə isə onu daha dəhşətli işgəncələrə, ruhi ağrılara məruz qoyur. Elə yatağa uzanan kimi, röya-damı, ya aşkardamı, neçə illərdir üzünü görmədiyi uşaqlıq və gənclik dos-tunun telefonla zəng edib onu axtardığı fikri əsəblərini didməkdən əl çəkmir.
Lakin bunlar gerçəklikdən çox uzaqdır. Bu səhnələr dəfələrlə təkrar olunur və müəllif hansısa bədbəxt hadisənin baş verməsi, əziz adamını itirməsi ehti-malından qorxuya düşür. Bədahətən gələn səslər ona xəbərdarlıq təbili çalır, gecənin qaranlığındakı yanğın zənginin müdhişliyini andıran qulaqlarındakı uğultu onun rahatlığını əlindən alır. İndiyədək ömründə o, bu hisləri yaşamamışdı, qeyri-adi görüntülərlə üzləşməmişdi. Qulağına gələn səsə də, dostunun onu haray-həşirlə axtarmasına da o, bir izah tapa bilmir, lakin bu fantomun əbəs yerə yaranmadığını da başa düşür. Oğulun təşvişindən yaranan fikirləri özünü doğruldur və gerçəkliyə çevrilir. Uzaq səfərdən tələsik evinə qayıdanda doğma kəndlərində atasının ölümcül xəstə yatağına düşdüyünü eşidir. Doğrudan da, yad şəhərdə qulağına gələn səsin sahibi iki gün aramsız olaraq onun evinə zəng vurub dostunu axtarmış, dəfələrlə tez özünü kəndə yetirməsi ismarışını ona çatdırmağı təvəqqe edibmiş. Axı elə qulağına gələn səslər tam anlaşılmasa da, belə düşüncələr yaradırdı.
Ata da oğlunun intizarında ölümlə sonuncu və bərabər olmayan savaşa girib qət etmişdi ki, yeganə ciyərparəsi ilə görüşməyənə qədər özünü onun quduz caynaqlarına təslim etməyəcək. Uzaq səfərdən özünü çatdıran oğul həyatla vidalaşan atanı qucaqlamağa macal tapmamış, onun saralmış çöhrəsində bircə anlığa yaranmış təbəssüm eyni surətdə də yoxa çıxır və əbədi qapanan gözlər bir-birilə vüsala tələsən bu iki insan arasında həyatla ölümü bir-birindən ayıran keçilməz uçurumun yarandığından, sonrakı həsrətin isə artıq əbədiliyin sərəncamına keçməsindən xəbər verir.
Əli İldırımoğlu geniş ölçülü bədii yaradıcılıqla son onillikdə daha məhsul-dar şəkildə məşğul olmağa başlayıb. İstedad nə qədər fərəh gətirsə də, ona heç nə bağışlanmır, nə uğursuzluq, nə də müvəffəqiyyət. Dostoyevskinin sözləri ilə desək, istedad sahibləri elə etməlidirlər ki, sanki ölmək üçün yır-yığış edirlər. “Mənim гənсbər atam” əsərinin uğuru da müəllifin məsuliyyət yükünün ağırlığını bütünlüklə dərk etməsidir. Əli İldırımoğlunun əsərləri öz işığı ilə təkcə qaranlığı deyil, həm də cəhaləti məhv etməyə, onun daşlaşmış buzunu əritməyə xidmət edir. Ona görə də hər bir şamı yandırana biz gözlə-dikləri minnətdarlıq payını verməkdə xəsislik göstərməməliyik, əksinə çöhrə-mizdəki razılıq təbəssümü ilə onlara xeyir-dua verməliyik. Onlar öz zəhmət-ləri ilə, ən başlıcası isə bəhrəsindən hamının fayda götürdüyü istedadları ilə belə münasibəti ummaqda haqlıdırlar, daha düzgün ifadə etsək, ona layiqdirlər.
...İldırım kişinin son on ildə qəbiri üstünə gedən yoxdur və dəhşətli budur ki, onun məzarına aparan yolu düşmən ordusu, hərbi istehkamlar, ölüm saçan minalar kəsib. İldırım kişinin alın təri ilə suvardığı torpaqlar sonralar kəndin mərd igidlərinin qanı ilə islansa da, düşmən əsarətinə düşdü. Düşmən İldırım kişinin, Odissey demişkən, yaratdığı dünyanı məhv etməklə onun uyuyan ruhunu da, elə bil ki, doğma yurdundan qaçqın düşməyə məcbur etdi.
Oğul artıq ata qəbrinə gül-çiçək qoya bilmir. Lakin qoy düşmən sevinmə-sin, oğul onun üstünə güllərdən də ətirli, təmiz duyğulardan toxunmuş çələng qoya bildi. Bu, qarşımızda açılan kitabdır. Bu kitabın sətirləri ahıl yaşında da özünü yetim qalmış kimi hiss edən oğulun göz yaşlarından islandığından və sönməz məhəbbətdən хəbər verir. Bu sətirlərdə oğul az qala Bibliyanın təsvir etdiyi fəryadı andıran bir ağı deyir, ruhu qarşısında sitayiş etdiyi bu in-sanla fəxr etdiyini gizlətmir. Qələmə aldığı əsəri atanın ruhuna ehtiram abidəsi kimi ucaldır.
Telman Xəliloğlu
“525-ci qəzet”, 10 yanvar 2003-cü il
|
|