Təbriklər, arzular, düşüncələr ...
HƏMKARIMIZI TƏBRİK EDİRİK!
Görkəmli jurnalist, ömrünün əlli ilini Azərbaycan mətbuatına həsr etmiş kamil qələm sahibi Əli İldırımoğlunun 70 yaşı tamam olur. Prinsipial möv-qeyi, kəskin üslublu yazıları, duzlu-məzəli yumoru ilə respublikada böyük bir jurnalist nəslinin yetişməsində böyük xidməti olan Əli müəllim yenə də yazıb-yaratmaqdadır. Son illərdə onun oçerk, felyeton və yumoristik hekayə-lərdən ibarət bir neçə sanballı kitabı nəşr olunmuşdur.
İmzası 70–80-ci illərin oxucularına yaxşı tanış olan Əli İldırımoğlu uzun illər “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin aparıcı jurnalistlərindən olmuşdur. Onun həmin illər qəzetin səhifələrində dərc olunmuş müxtəlif janrlı yazıları bugünkü gənc jurnalistlər üçün də əsl məktəbdir. Ə.İldırımoğ-lunun qələmə aldığı felyetonları isə mətbuat tariximizdə bu janrın yeni inkişaf mərhələsinin nümunələri kimi qəbul etmək olar.
Əli müəllim ömrünün ahıl çağlarında da mətbuatdan ayrılmamışdır. O, 1991–1992-ci illərdə “Həyat” (indiki “Azərbaycan”) qəzetində bölgə müxbiri işləmişdir. Lakin 1992-ci ildə AXC-nin hakimiyyəti dövründə qəzetin yeni rəhbərliyi Əli müəllim kimi təcrübəli jurnalistlə birgə işləməyi “məsləhət” bilməmişdir. Buna baxmayaraq, Əli müəllim yenə də qələmini yerə qoyma-mış, onu düşündürən və narahat edən mövzularla müxtəlif qəzetlərdə mütə-madi çıxış etmişdir.
Hörmətli həmkarımız Əli İldırımoğlunu 70 illiyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və bundan sonra da qələminin iti və kəsərli qal-masını arzulayırıq.
“Azərbaycan” qəzetinin kollektivi
11 oktyabr 1997-ci il
|