www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

“ZORƏN JURNALİST” TÜRKİYƏ MƏTBUATINDA

Türkiyədə nəşr olunan nüfuzlu jurnallardan birində – “Yeddi iqlim” ədə-biyyat, mədəniyyət, incəsənət aylıq jurnalında bu günlərdə tanınmış Azərbay-can yazıçısı Əli İldırımoğlunun “Zorən jurnalist” romanının 16-cı bölümü dərc olunub. Türkcə mətni redaktə edən isə Türkiyə Cümhuriyyətinin Bakı-dakı səfirliyinin mədəniyyət işləri müşaviri Fethi Gediklidir. Əsərin 16-cı bölümünün əvvəlində “Qələm və qovğa” (“Zorən jurnalist”) başlığı altında ilk olaraq yazıçı barəsində Enes Cansevərin aşağıdakı fikirləri verilib: “Əli İldırımoğlu istər bir qəzetçi olaraq köşə yazıları və məqalələri, istərsə də bir ədib olaraq hekayə və romanlarıyla hər zaman geniş oxucu kütlələrinə xitab etməyi bacarmış, yazdıqları həmişə bəyənilməklə oxunmuşdur”. Sonra isə “Əli İldırımoğlu kimdir?” yarımbaşlığı altında yazıçı barədə ətraflı məlumat verilib: “Ünlü azərbaycanlı yazar Əli İldırımoğlu Azərbaycan nəsrində realist axının qurucularından və hazırda ən güclü təmsilçilərindən biridir. Yazar çağdaş azəri-türk ədəbiyyatında epik mövzulu romanların müəllifi olaraq da tanınır”. “Yeddi iqlim” öz oxucularına Əli İldırımoğlunun tərcümeyi-halı barədə də lazımi bilgi verərək onları 77 il öncə, 1927-ci il 17 noyabrda – Azərbaycanın uzaq dağ kəndlərindən birində – Qubadlı rayonunun Əliqulu-uşağı kəndində dünyaya göz açan görkəmli qələm adamının təhsil illəri, əmək fəaliyyəti haqda müfəssəl məlumatlandırıb.

“Yeddi iqlim”də bir bölümü təqdim edilən “Zorən jurnalist” əsərinin bir qəzetçinin gerçək yaşam hekayətini anlatdığı və müəllifin ən önəmli roman-larından biri olduğu göstərilib. Əsəri oxuyarkən SSRİ dönəminin insanlıqdan kənar hadisələrinin göz önünə gəldiyi, tragik səhnələrlə ürək sızlatdığı, komik olaylarla güldürdüyü və təbii ki, düşündürdüyü açıqlanıb.

Zöhrə
“525-ci qəzet”, 22 dekabr 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com