www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

“KALEM İLE AŞK VE KAVĞA”

Azərbaycanın sərhədlərindən kənarlarda çap olunan hər bir əsər xalqımı-zın zəngin mənəviyyatı ilə tanışlıqdır. Görkəmli Azərbaycan yazıçısı və pub-lisisti Əli İldırımoğlunun doğulduğu qartal yuvası – müqəddəs torpaq, keçib gəldiyi ildırımlı, sıldırımlı yollar, gördüyü, müşahidə etdiyi təbiət möcüzələri, bənzərsiz xarakterlər, üstəlik, kökdən, nəsildən, nəcabətdən gələn təmizlik və paklıq həmişə üsyan duyğusuyla süslənmiş əsərlərindən boy verib.

Qardaş Türkiyədə – İstanbulda nəfis tərtibatla bu günlərdə nəşr olunan “Kalem ile aşk ve kavğa” romanı Əli İldırımoğlunun Azərbaycan oxucularına tanış olan məşhur “Zorən jurnalist” romanıdır.

Bəs qardaş Türkiyədə yazıçı Əli İldırımoğlunun əsərlərinə olan böyük maraq və sevgi nədən irəli gəlir? Yazıçı hər şeydən əvvəl öz əsərlərində bədii sözün gücüylə artıq tarixə çevrilmiş XX əsrin son dərəcə zəngin və mürəkkəb mənzərəsini, avtoportretini verə bilmişdir. Bu, donuq, quruca fotoşəkil deyil, sevgilərlə, faciələrlə dolu bir dünyadı. Yaşadığımız dünyanın geniş mənzərə-sini, panoramını bədii sözün gücü, qüdrətiylə vermək isə hər yazıçıya müyəssər olan xoşbəxtlik deyil.

Əli İldırımoğlunun türk oxucusuna “Kalem ile aşk və kavğa” adı ilə təqdim olunan romanı məhz bu missiyanı həyata keçirir. XX əsrin sovet Azərbaycanında yaşayan insanın böyük türk dünyasına, türk insanına görünməyən tərəflərini, rejimin doğurduğu sindromları, Azərbaycan türkünün məişətini, əxlaqını, adət və ənənələrini xalı ilmələri kimi zərifliklə təqdim etmək yazıçıdan son dərəcə böyük ustalıq, istedad tələb edir.

Kitabın ön sözündə Əli İldırımoğlunun ömür yolu, yaradıcılığı haqqında qısa və konkret məlumat verilir, romanın bəzi detalları açıqlanır. Romanı oxuyan türk oxucusu tamam başqa bir dünya ilə tanış olur. Amma ona tanış olan səhnələr də çoxdur. Bir çox yazıçılardan fərqli olaraq “qılıncını qında qoymayan” Əli İldırımoğlu bütün əsərlərində lap epizodik olsa da, erməni xislətini açmağa, ifşa etməyə çalışır.

Əsərin baş qəhrəmanı olan Nazim İlhamın bir qələm adamı kimi, gənc jurnalist kimi fədakarlığı, bütöv bir dünyaya qarşı durması, mənəvi qələbəsi elə əslində mənəviyyat adamı olan yazıçı Əli İldırımoğlunun zəngin dünya-sının təntənəsi, qələbəsidir.

Qəribədir, bir vaxtlar durnalar xəbər gətirirdi Kərkükdən, Bağdaddan, Tokatdan, Ərzurumdan, İzmirdən, İstanbuldan... İndi qardaş ellərdən durna əvəzi durna teli kitablarımızın müjdəsi gəlir. Görkəmli yazıçımız Əli İldırım-oğlunun qardaş Türkiyədə – İstanbulda nəşr olunan “Kalem ile aşk ve kavğa” kitabı kimi...

Təbrik edirik, Əli müəllim!
Qardaş ellərdən yeni müjdələr ümidi ilə,

Zülfüqar Şahsevənli
“Günay” qəzeti, 19 fevral 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com