|
OÇERKLƏR
BULAQ BAŞINDA
Ə liş kişi ilə neçə dəfə rastlaşıb onun necə sevindi-yinin şahidi olmuşuq. Rayon mərkəzindəki mədə-niy-yət evi istifadəyə veriləndə, şərab zavodları işə dü-şən-də... Tikintidə fərqlənənlərin adı iftixar hissiylə qeyd olunurdu. Telmanın da adı hörmətlə çəki-lirdi. Qabaq-cıl inşaatçı kimi. Atanın ürəyi dağa dön-dü. Öz özünə: - Oğlum el üçün binalar uçaldır, - dedi.
Əliş kişi tez-tez tikinti meydançalarına baş çəkir, - Oğul, bünövrəni etibarlı qoy, divarları düz hördür, əgər-əskiyə yol vermə. Yaxşı iş üz ağardar, baş ucaldar, - deyirdi. Deyirdi ki, çalış el sənə tənəvurmasın. Onun belə dəlil-dəlalətləri, belə sevincləri çox olub. Elə indi də... Polad borular bir-birinə calanıb dağların ətəyindəki durnagözlü bulaqların içməli sərin suyu Böyük Bəhmənli, Arazyağlıvənd, Kərimbəyli, Arayatlı kəndlərinə gətirilib. Telman Abbasovun başçılıq etdiyi mexanikləşdirilmiş səyyar dəstənin qüvvəsi ilə. Kənd adamları inşaatçılara minnətdarlıq edir, Telmana da, Əliş kişi fərəhlənir. - Su aydınlıqdır, su dirilikdir, - deyiblər. Oğlum el-obaya su paylayır. Ona əhsən deyirlər. Deyirlər ki, halal olsun belə övlad böyüdüb boya-başa çatdıran ata-analara. Bu da mənim payım. Ömür-gün yoldaşım Zibeydənin payı. Elin xoş sözünü eşidib onun rəğbətini qazanmaq böyük səadətdir, əvəzsiz paydır. Gərək qazanasan xoş əməllərinlə.
Rəşidin sədası bir gün Sumqayıtdan gəlir, bir gün Qazandan. Kommunist mühəndis iyirmi ilə yaxındır ki, ölkəmizin müxtəlif guşələrində fəaliyyət göstərən kimya zavodları avadanlığının təmirinəbaşçılıq edir. Sahə rəisi kimi. Böyükkişini inşaatçı melioratorlar arasında yaxşı tanıyırlar. O da qabaqcıl sahə rəisidir. Başçılıq etdiyi kollektiv Naxçıvandan tutmuş Lənkərana, Qazağa qədər coşğun suların qabağında beton bəndlər ucaldır, ayna göllər yaradır. Ucu-bucağı görünməyən kanallar çəkir, dəmyə torpaqları sirab edir. Kommunist Elman əmtəəşünasdır. Telman da ki, dördüncü qardaş. Firuzə müəllimə, Gülnaz iqtisadçı. Dörd qardaş, iki bacı. Hamısı da ali təhsilli. Orta məktəbi ikisi qızıl, biri gümüş medalla başa vurdu. Əliş kişinin övladları, müxtəlif peşə sahibləri.
Bir vaxt... Ata hər gün işdən yorğun-arğın qayıdanda əvvəlcə məktəbə yönəlirdi:
- Müəllim, addımını bəri qoy. Bizim uşaqlar dərsə gəlmişdimi? Kitablarını oxuyurlarmı? Nə qiymət alıblar?
Müəllimlərin kiçik narazılığı ataya böyük dərd olurdu. Bugünkü sevinc üçün. Elə yenə də... Övladla-rın çalışdıqları sahədəki, ailədəki, cəmiyyət arasındakı nəcib hərəkəti fərəh doğurur. Xoşagəlməyən balaca bir söz-söhbət Abbasovlar ailəsində kədərə çevrilir. Odur ki, övladlar öz valideynlərinə olan ehtiramları qarşısındakı mənəvi məsuliyyətlərini heç vaxt unutmurlar. Bir də ki, başqa cür hərəkət etməyə kimin nə həddi var?! Nə olsun ki, övladlar böyüyüb, ata-ana olublar, ev-eşik, vəzifə sahibidirlər?! Əliş kişinin yenə də hərdənbir onlara sifətini bozardıb, barmaq silkələməsi var...
Telman kabinetində əyləşib layihə-smeta sənədlə-rini nəzərdən keçirir, görüləcək işləri götür-qoy edir, tikintinin sürətini artırmaq üçün müvafiq araşdırmalar aparırdı. O, diqqətini qarşısındakı kağızlardan ayıra-raq yarızarafat:
- Baş idarədən çox kişi bizə nəzarət edir, - dedi. - Axşam evə gələndə yenə də sorğu-sual başlanacaq: - İşlər necə gedir? Planlar yerinə yetirilibmi? Qurultayda deyilənləri gərək qulağınızda sırğa edəsiniz. Qurultayda deyilib ki, yeni beşillik inşaatçılar üçün ciddi imtahan olacaq. Oğul, kommunistsən, cibində partiya bileti gəzdirirsən, gərək həmişə qabaqcıl olasan. Belə imtahanlardan başıuca çıxasan.
Bəli, əlinə yenicə həyat vəsiqəsi alan gənclərdən başlamış əmək veteranlarına qədər hamı belə düşünür. Partiyanın son qurultaylarının qərarlarından irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirmək barədə.
Gənc tikinti rəisi atası haqdakı söz-söhbətinə ara verib narahat halda ayağa qalxdı. Arazın sol sahili boyunca cərgələnən kəndlərin divardan asılmış xəritəsinə işgüzar bir nəzər saldı. Onun inamlı baxışları bir əzmkarlıq ifadə edirdi. Qələbə əzmkarlığı. Telman əlindəki bəzəkli nazik çubuğun ucunu xəritədəki işarələrin üzərində gəzdirərək izahat verdi:
- Mil qrup su kəməri Füzuli, Jdanov, İmişli, Cəb-rayıl, Zəngilan, Qubadlı rayonlarının yüzdən artıq kəndini əhatə edəcək. Magistral xəttin uzunluğu beş yüz kilometrdən artıqdır. Su kəmərinin birinci növbə-sinin çəkilişi üçün əlli milyon manat vəsait nəzərdə tutulmuşdur. Əlbəttə, bu, respublikanın kəndlərində həyata keçirilən iqtisadi və sosial tədbirlərin davamıdır. İnşaatçılar və quraşdırıcılar bu sahədəöz üzərlərinə düşən vəzifələri dərindən dərk edir və onun yerinə yetirilməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. İdarənin kollektivi on birinci beşilliyin birinci ilində planda nəzərdə tutulmuş tikinti tapşırığını vaxtından bir ay qabaq yerinə yetirmək, əlavə olaraq yarım milyon manatlıq iş görmək barədə sosialist öhdəliyi qəbul etmişdir. Bu vədə necə əməl olunur? Bəli, verilən vəddən, deyilən sözdən artıq neçə ay keçib və belə bir sualın vaxtıdır. Telman Abbasov məlumat sənədlərinə baxaraq:
- Bu ilin üç ayı ərzində dörd yüz min manatlıq əvəzinə beş yüz min manatlıq - yəni ötən ilin müvafiq dövründəkinə nisbətən doxsan min manatlıq çox tikinti-quraşdırma işi görülüb, - dedi. - Kollektivimiz bu ilin birinci kvartalında sosializm yarışının qalibi olmuş, baş idarənin keçici Qırmızı bayrağını və birinci pul mükafatını almışdır. İnşaatçılarımız indi tükənməz bir həvəslə çalışırlar. Az vaxt ərzində Füzuli kəndlərində hər birinin min kubmetr su tutumu olan səkkiz paylayıcı anbar istifadəyə verməliyik...
Araz vadisində bağlı-bağatlı bir kənd diqqəti cəlb edir. Böyük Bəhmənli kəndi. Fərman Mirzəliyev ali təhsilini başa vurub, rus dili müəllimi ixtisasını qazananda bəziləri ona şəhərdə qalmağı məsləhət gördü. Ancaq onun doğma kəndinə qayıtmaq arzusu üstün gəldi. Bir də ki, Lenin dilini təlim etmək həvəsi. Budur, o, Böyük Bəhmənlinin yaşıllıqlar arasındakı yaraşıqlı evlərinə işarə edərək:
- Kəndimizin şəhərdən nəyi əskikdir, - dedi. - Təmiz havası, dadlı mer-meyvələri, hər cür mədəni-məişət şəraiti. Dörd il bundan qabaq müasir qaydada və min nəfərə yaxın şagird yeri olan yeni orta məktəb şəhərciyi istifadəyə verilib. Əlavə bir səkkizillik məktəbimiz də var. Kənddə on iki ərzaq və sənaye malları mağazası, neçə-neçə tibb, mədəniyyət, məişət obyekti fəaliyyət göstərir. Televizorsuz,radiosuz ev yoxdur. Çoxunun da evində avtomat telefonu, qapısında minik maşını.
Fərman müəllim kəndin yaxınlığındakı yeni binalara və buradan keçən iri metal borulara işarə edərək, - bu da camaatımızın içməli suyu, - dedi.
Fərman müəllim ətrafı diqqətlə seyr etdi və: - Dünyaya bu yurdda göz açmışam, - dedi. - Bu yerin hər daşı, hər döngəsi mənə əzizdir, doğmadır. Adamları da, məktəbimizin yetirmələri də...
Kərimbəyli kəndinin yaşlı adamları keçmişin acı xatirələrini heç vaxt unutmurlar. İsa kişi beton döşəməni qaldırıcı kranın caynağına keçirib geri çəkildi və gənc quraşdırıcılara tərəf yönələrək:
- Araz bulananda qayğı bizi götürürdü, - dedi. - Bir dəfə əziz qonağım gəlmişdi. Arvad damdan pərt çıxdı. Su süzən daş sınmışdı. Qonşudan su alıb çay qoyduq və qonağı birtəhər yola baldıq. Səhərisi Sisyan mahalına yollandım. Su süzən daş üçün. Gözümüz damcılarda qalırdı. Bir ovuc içməli sudan ötrü. İndi Sovet hökuməti bizə kəhriz sularını rəva bilmir. Dağların, dərələrin buz bulaqlarını dəmir borulara yığıb kənd-lərə paylayır.
İsa Abbasov kolxoz quruluşunun təşkilatçılarındandır. Neçə il burada sədr, aqronom işləyib. Deyir ki, səksəni ötmüşəm, təqaüddəyəm. Amma yenə də əməkdən ayrıla bilmirəm. Tikinti materiallarını gözləyirəm, yeri gələndə quraşdırıcılara kömək edirəm, deyirəm, qoy bu xeyirxah iş tezliklə başa çatsın.
Araz sahillərindən başlamış Haramının çınqıllı ətəklərinə, Füzuli ətrafındakı alçaq təpələrə qədər dörd bir tərəfə iri borular uzanır. Respublika Kənd Təsərrüfatı Su Çəkilişi və Tikintisi İstehsalat Birliyinin rəisi Nəcəf Hacıyev inşaat sahələrini dolaşır, quraşdı-rıcılara baş çəkir. Lazım gəldiyi təqdirdə kömək üçün əlavə mütəxəssislər göndərilir. İşin sürətini artırmaq, keyfiyyəti yaxşılaşdırmaq üçün operativ tədbirlər görülür.
Budur, Kürdlər kəndinin yaxınlığında qızğın iş gedir. Burada hamı Qəhrəmandan danışır. On ildən çoxdur qaynaqçı işləyir, peşəsinin vurğunudur. Sibir bataqlıqlarından, Ural dağlarından, Ukrayna düzlərindən keçən boruların quraşdırılmasında neçə dəfə maneələrlə üzləşib. Ancaq özü demişkən, hər bir çətinliyə sinə gərib. Bacarmaram sözünü dilinə gətirməyib, yorulmaq bilməyib. İndi də burada çalışır. Doğulub boya-başa çatdığı yerdə. Özü də həvəslə, cəsarətlə. Deyir ki, gündə üç boru əvəzinə səkkizini qaynaq edi-rəm. İş icraçısı Zaven Osipyan:
- Qəhrəman kollektivimizin sevimlisidir, - dedi. Sonra o, nə demək istədisə, duruxdu və nikbin əhvali-ruhiyyə ilə əlavə etdi:
- Gözaltısı var, nişanlıdır. Toyunu da bu günlərdə edəcəyik.
- Xeyirli olsun, mehriban yaşasınlar.
Məhəmmədəli Həsənova Tümendən məktub gəlib. Dostu İvan Petrovdan. Axı, Məhəmmədəli komsomol putyovkası ilə Tümenə getmişdi. Neçə il İvanla birlikdə neft kəməri quraşdırıb. İndi də məktublaşırlar, həm də yarışırlar. İvan yazır ki, dostum, çalış dəstədən geri qalma. Məhəmmədəli məktubu qatlayıb cibinə qoydu, gözlərini məchul bir nöqtəyə dikib fikrə daldı, xəyalının qanadlarında Tümen meşələrini seyr etdi, Petrovla gəzdiyi yerlərdən ötdü... O, dərindən köksünü ötürüb irəli yeridi, borulara yaxınlaşdı, qəddini əydi. Ətrafa odlu qığılcım səpələndi... Fazil Orucov, Babalar Cəfərov, Kamal Abbasov, Ərzuman Kərimov... Tikinti sahələrini gəzdikcə neçə-neçə belə hünərvər adamlarla görüşür, onların maraqlı həyatı ilə tanış olurduq.
Xeyli vaxtdır ki, Horadiz kəndinin yaxınlığındakı üç yolun ayrıcında geniş tikinti işləri aparılır. İnzibati və mədəni məişət binaları ucaldılır. Sudartan qurğular qoyulur, borular quraşdırılır. Sübhün şəfəqləri sökülməmiş, inşaat meydanında iki nəfər görünür. Hər gün onlar hamıdan sonra tikintidən evə dönürlər. Arif və Akif Abbasovları deyirik. Ata və oğulu. Hər ikisi də kommunist. Rayon partiya komitəsinin birinci katibi onların barəsində razılıqla danışırdı.
- İnşaatçılar arasında yüksək əmək nümunələri göstərirlər, - dedi. - Kommunist kimi. Ən ağır beton quraşdırmaları onların idarə etdiyi kran qaldırıb yerbəyer edir.
Arif iyirmi ilə yaxındır qaldırıcı kranda işləyir, Akif də onun layiqli xələfidir. Hamı ata-oğulun işgüzarlığından iftixarla danışır.
Füzulidən bir-birinin ardınca xoş xəbərlər gəlir. Şairlərin şerində, jurnalistlərin qələmində, radionun qanadlarında. Səfalı dağların ətəklərindən Böyük Bəhmənliyə su gəlir. İçməli, sərin dağ suyu. İri kəmərlər burada şaxələnir, küçələrə, döngələrə, evlərə, fermalara doğru. Neçə-neçə yerdə kranlar qoyulub, bulaq abidələrin yeri müəyyənləşdirilib. Sonra da Arazyağlıvənd, Kərimbəyli, Arayatlı kəndlərində. Qürub çağı qaynar kənd həyatında bir canlanma nəzərə çarpır. Üzüm plantasiyalarından, taxıl zəmilərindən, fermalardan kəndə dönən şən əhvali-ruhiyyəli qız-gəlin bulaqları dövrəyə alırlar. Onların sinəsini bəzəyən orden və medalların şəfəqi bulağın aynasında titrəyir. Ətrafa bulaq sərinliyi, iydə çiçəkləri ilə ətirlənən bahar rayihəsi yayılır. Əliş kişinin də nurani çöhrəsində xoş bir təbəssüm işıqlanır.
Əliş kişi evə dönəndə onsuz darıxan ömür yoldaşı Zibeydə bir balaca giley-güzar etdi:
- Hardasan yenə?! İndi o vaxtın deyil, a kişi. Evə vədəsində qayıt.
İxtiyar qoca gümrah baxışları ilə Zibeydəni məhəbbətlə süzüb:
- Bulaq başında! - dedi.
10 iyul 1981-ci il
|
|