www.aliildirimoglu.az

OÇERKLƏR

SULARIN AYNASINDA

Pənah nikbin əhvali-ruhiyyə ilə başladığı şirin söhbətinə ani fasilə verib gülümsündü və çəkinəəkinə:

- Briqadir! - dedi, - bu, xidməti vəzifəmdir. Axı, həm də kommunistəm, övladam, atayam, qonşuyam, kənd­də məni ağsaqqal sayırlar... insanın həyatdakı vəzifəsi çoxdur, gərək hər birinin yerini biləsən, məsuliyyətini dərindən dərk edəsən, layiqlisi olasan. Bir də ki, mənəvi borc. Qazandığın ad-sanı da qoru­yasan, ondan sui-istifadə etməyəsən. Elimizin yaxşı bir kəlamı var - ağac bar gətirdikcə, başını aşağı dikər.

Limon rəngli yağlı boyası hələ qurumayan geniş və işıqlı otağın küncündə qoyulmuş iş stolunun üstündəki telefon cingildədi. Pənah özündən asılı olmayaraq ayağa qalxdı, dəstəyi qaldırdı.Raykomun şöbə müdiri Pənahla rayon partiya komitəsinin növbəti bürosu və onun keçiriləcəyi vaxt barədə danışırdı...

nahın qaşları düyünləndi, təmkinli baxışları qayğılı ifadə aldı. İndi kənd kommunistinin daxili düşüncələrində təkcə bir briqadanın və ya fəhləsi oldu­ğu sovxozun yox, böyük bir rayonun dərd-səri dola­şırdı. Odur ki, bayaqdan davam edən söhbəti­mizin istiqaməti dəyişdi. Pənah hansı iş sahəsində isə onu gözləyən vacib məsələnin həllinə tələsirmiş kimi gözucu saatına baxdı. Ancaq xarakterində olan incə nəzakəti daxili nigarançılığını pərdələyir və bizə hiss etdirmirdi. Lakin həssas jurnalist müşahidəmizlə onu yaxşı başa düşürdük və bu anlarda hər dəqiqəsi qiymətli olan vaxtını almamaq üçün Pənahla xudahafizləşdik.

nah ildönümünü qeyd etdiyimiz Stalinqrad vuruşmasına dair bəzi qəhrəmanlıq səhnələrinə tamaşa edib televizoru söndürdü və aynabəndli evin qabağında dayanan şəxsi "Volqa"sına tərəf irəlilədi. Yenə də iti nəzərləri qoca çəkil ağacının çat-çat olan pıtırlanmış gövdəsində donub qaldı. Elə bil ağır müharibə illərindən başlamış bu günə qədər keçirdiyi nisgilli və sevincli günlərinin mixi yazılarla təsvir edilən salnaməsini oxudu. Duruxdu, xəyallandı...

Böyük Vətən müharibəsinin ilk illərində atası Zəkəriyyə döyüş səfərinə çıxanda ikiyaşlı Pənah titrək qədəmləri ilə bax, bu çəkilin dibinəcən yüyürdü. Təzəcə pöhrələyən çəkilin dibi ata və balanın son vida yeri oldu. Asya xala gözünün ağı-qarası oğlu yeganə ciyərparasını isti qoynuna sıxıb torpaq daxmasına döndü. Pənahına pənah gətirdi. Gecələr lampa işığında corab toxudu, əlcək hördü, cəbhəçilərəbağlama tutdu. Gündüzlər tarlalarda kətmən vurdu, zəmi biçdi, həzin zümzüməsi ilə dərdini tarla cığırlarına danışdı, nisgilini Göndələn çayının sularına pıçıldadı.

Asya Zəkəriyyənin Stalinqrad cəbhəsindən göndər­diyi axırıncı məktubunu da poçtalyonun əlindən, bax, bu çəkilin dibində aldı. Sonra da qara kağızını. Poçtal­yon daha bu çəkilin həndəvərindəgörünmədi. O gedən idi ki, getdi. Təqsirkar kimi. Daha Asyanın üzünə çıxmadı.

nah boy atıb pərvazlandıqca Asyanın ona öyüd-nəsihəti bu olardı:

- Atana oxşa, oğul. Zəkəriyyə bu kəndin öncülü olub. Qoy deməsinlər ki, oddan kül törəyər. Desinlər - ot kökü üstə bitər. Atası vətən yolunda getdi, özü də el üçün yanır. Elin dəcəlxatası Qəmər atasının yenə də o illərin fikrinə daldığını hiss edib "Volqa"nın siqnalını basdı. Pənah onu qanlı-qadalı illərə aparan daxili düşüncələrindən ayrılıb qızına tərəf döndü: Ay şeytan, - deyib fərəhlə güldü vəmöhkəm pəhləvan əllərini nəvazişlə qızının qırmızı lent bağladığı sarışın saçlarında gəzdirib maşınına əyləşdi.

O, göz işlədikcə uzanıb gedən Haramı düzlərinin başlanğıcındakı sinə yerdə tikilən qoyunçuluq birliyinə baş çəkdi. Ərzaq proqramında müəyyən olunmuş tədbirlərlə əlaqədar Füzuli camaatının görüb-görəcəyi işlərdən söhbət açdı. Bənnaları dinlədi. Sonra da inşaatçıların o qədər də təmtəraqlı olmayan balaca süfrəsində əyləşib onlarla bir loğma çörək kəsdi. İşdəki bəzi kəm-kəsir də onun diqqətindən yayınmadı.

 

* * *

Arazın suyunu Zal dərəsinin xam torpaqlarına qaldırıb burada yem bazası yaratmaq və heyvandarlığın sürətli inkişafını təmin etmək. Ət, süd, yun bolluğu yaratmaq. Qozluçay dərəsində meliorasiya işlə­rini başa çatdırıb, boş və dəmyə səhraları taxıl, üzüm, yem bitkiləri əkini sahələrinə çevirmək... Kommunist Pənah Əmirov Ərzaq proqramı ilə əlaqədar olaraq həyata keçirilən bütün bu perspektivli tədbirlərin fəal iştirakçısıdır. Rayon partiya komitəsində mühüm təsərrüfat məsələləri həll edilərkən qarşıya çıxan çətinliklərin düzgün araşdırılıması üçün Pənaha müraciət olunur. Raykomun büro üzvü, həm də görüb-götürmüş təsərrüfatçı kimi. Yüz ölçüb bir biçmək, faydalı təkliflər irəli sürmək, el-obanın mənafeyi mövqeyində dayanmaq. Bax, budur kənd kommunisti Pənahın xarakterində birləşən nəcib keyfiyyətlər.

Onun barəsində danışanda mənalı həyat yolunun kəşməkəşli başlanğıcını xatırlamamaq olmur. Ərsəyə yetəndə atasının daxmanın bir küncündə atılıb qalan kərəntisindən, belindən, dəhrəsindən, yabasından yapışdı. Getdikcə pasını atan bu cansız alətlər də elə bil sevindi, gündən-günə cilalandı, parıldadı, qığılcım saçdı. Pənahın ucalıq yolunu nurlandırdı, bugünkü uğurlarına çevrildi. O, təhsilini dəunutmadı. Gecələr kəndli-gənclər məktəbində oxudu. Bir əlində dəryaz, bir əlində dəftər-qələm. Aqronomluq ixtisasına da yiyələndi.

Alxanlı kəndinin adamları buradakı ictimai təsərrüfatın on il bundan əvvəlki mənzərəsini də və son vaxtlardakı sürətli irəliləyişini də heç vaxt unutmurlar. İqtisadi cəhətdən zəif olan üç kolxozun əsasında yeni üzümçülük sovxozu yaradıldı. "Bakı fəhləsi" sovxozu. Onda bu susuz və boz yovşanlıqların, tikanlı kolluqların yaşıl bağlarla zinətlənəcəyinə kim inanardı?! O vaxt kəndin arasında, qabağında qora yüklü ulaq olan alverçilər dolaşırdı. Taxta tərəzinin bir gözünə arpa, buğda, pərinc, darı, bir gözünə də üzüm qoyulurdu. O da necə üzüm?! Alxanlılar üzümün nübarını bax, beləcə edirdilər. Çoxunun da dodağına heç gilə dəymirdi, tamarzı qalırdı.

nd üzümçülüyün yoluna qədəm basanda, torpağın sinəsinə ilk tinglər sancılanda Pənahın səsi əkilməsi, becərilməsi, suvarma şəraiti çətin olan çınqıllı təpələrin arasından gəlirdi. Cəsarətli səsi. Kom­mu­nistin başçılıq etdiyi briqadanın sahəsindən başlanan beton dayaqların düz cərgəsi cəngəlli dərələrdən, əsrlər boyu bağ üzü görməyən düzlərdən keçdi, uzaq-uzaq üfüqlərə qovuşdu. Salxımlar üzə güldü, barsız-bəhrəsiz səhralara şən mahnı, xoş təbəssüm yayıldı.

Sovxoz ilk partiya təşkilatı katibinin cib dəftər­çəsindəki bəzi qeydləri xatırlayanda təəccüblənməmək olmur. Həm də sevinməmək:

- On il bundan əvvəl üç kolxozun vur-tut yarım milyon manat gəliri olub. Həmin üç təsərrüfatın əsasında yaradılan bu bir sovxozun illik gəliri beş milyon manata çatıb.

Partkom fəxrlə əlavə etdi:

- Təkcə Pənahın başçılıq etdiyi briqadanın ötən ilki gəliri milyon manatdır. On il bundan qabaqkı kolxozların üçü qədər, hələ bir az da artıq.

Partiya təşkilatı katibinin təsərrüfatın sürətli inkişafı barədə verdiyi ürəkaçan məlumatları dinlədikcə, respublikamız haqqında deyilən unudulmaz tarixi sözlər yada düşür: - Azərbaycan iri addımlarla irəliləyir! Görüb şahidi olduqlarımız bu müdrik fikrin əyani timsalıdır.

ndi yarıya bölən Füzuli-Jdanov magistralının sol tərəfindəki sənaye müəssisəsindən qalxan seyrək tüstü saf ab-havası olan Alxanlının səmasında əriyib yox olur. Təzə və müasir aqreqatların ahəngdar uğultusu fəhlələrin nikbin səsinə qarışıb əmək simfoniyası kimi kəndin ətrafına yayılır. Cəmi bir neçə il bundan qabaq tikilib istifadəyə verilən və otuz min ton emal gücü olan şərab zavodundan Horadiz dəmiryol stansiyasına gecə-gündüz məhsul daşınır. Araz boyu şütü­yən yük qatarları Mil-Muğan düzlərində fit çalaraq sanki Alxanlıdan neçə ünvanlara sovqat apardığını sevinclə car çəkir. Kazan, Vitebsk, Qomel, İrkutsk, Rostov...

nah plantasiyalardan zavoda doğru irəliləyən üzüm yüklü avtomaşınlara işarə edərək:

- Sovxozumuzun planı beş min tondur. Ancaq iki bu qədər üzüm vermişik.

Onun başçılıq etdiyi kollektivin öhdəliyini soruşanda Pənah inamlı bir görkəm alaraq yarızarafat:

- Kişinin sözü bir olar! - dedi.

- Bir beşillikdə, üç plan qədər üzüm təhvil verək!

Bu, kommunist briqadirin başçılıq etdiyi kollektivin çağırışıdır. Ötən ilin axırlarında onun sinəsindəki Qırmızı Əmək Bayrağı ordeninin yanına Lenin ordeni sancılanda - beşilliyin ikinci ilində beş yüz tonəvəzinə iki min tona söz verirəm, - dedi. - Bəli, onun sözü: bütöv, qərarı qətidir.

Əlbəttə, Füzulidə qabaqcıl kollektivlər çoxdur. An­caq iki min ton üzüm əldə etmək barədə yalnız Pəna­hın briqadası vəd verib, təşəbbüs qaldırıb.. Belə bir gücün sirri nədədir? Kollektivdəki birlik, yüksək məsu­liyyət hissi, əməyə kommunist münasibəti. Bəli, budur görkəmli qələbəni təmin edən böyük hünər, mənəvi amil.

Bəlkə briqada üzvləri Pənahın iş üsulundakı sərtlikdən, inzibatçılıqdan və ya tutduğu mövqedən çəkinirlər?! Xeyr, onu sayıb sevirlər. Qayğıkeşlik, halallıq, xeyirxahlıq mücəssəməsi kimi. Kollektiv uzvünün ən ağır cəzası Pənahın ondan bir balaca inciməsidir.

Kimsəsi olmayan Bayram yetimçiliyin məşəqqət­lərinə məruz qaldığından kənddən didərgin düşmüşdü. Pənah onu soraqlayıb tapdı, necə deyərlər, qanadına aldı... İndi briqadanın mahir suçusudur. Təzə ailə qurub. Bu günlərdə bir övladları da olub. Gözləri aydın! Pənah deyir ki, Bayram, gərək bu il sizə təzə ev tikdirək. Özü də qonşuluğumda. Razılaşıblar. Plan­ta­si­yada işlərin azalmasını gözləyirlər. Bir də ki, Alxanlıda ev tikdirmək nə çətin işdir?! Hər fəhlə ailəsinin ildə iyirmi minə yaxın gəliri olur. Elə götürək briqadanın sıravi üzvü Bərşadı. Ötən il aylıq gəliri orta hesabla dörd minə yaxın olub. Altında da təzə "Jiquli" maşını. Almasının səbəbkarı da elə briqadirdir.

Bir dəfə on iki uşaq anası Həqiqət həmkəndlisinə giley-güzarını bildirdi:

- İncimə, qonşu, uman yerdən küsərlər dedi. - Büro üzvüsən, rayon Sovetinin də deputatısan. Amma qeydimizə qalmırsan. Nə olsun ki, kənddə üç uşaq bağçası var. Bəs eləmir! Ailələr artır, təzə-təzə evlər tikilir, kənd də günü-gündən böyüyür.

Çoxuşaqlı ananın arzuları Pənahın təkliflər dəftərində qeydə alındı, sovxoz direktorluğunda, rayonun müvafiq təşkilatlarında götür-qoy edildi, dərhal da həllini tapdı. Bünövrəsi qoyulan yeni tipli uşaq bağçasında yüz nəfərə yaxın fəhlə balası pulsuz saxlanacaq. Sovxozun öz hesabına.

İnişilin söhbətidir. İlk partiya təşkilatı Vəli Vəliyevin başçılıq etdiyi briqadanın geridə qalması üstündə ciddi tənbeh edirdi. Onda Pənah ayağa qalxdı, irəli yeridi: - Gəlin, vaxt verək, - dedi. - Mən dəkömək edərəm. Günü sabahdan hamiliyə götürərik.

Kommunistlər razılaşdı. Nəticəsi də pis olmadı. Qonşu briqada geriliyin daşını atdı, ötən ili qələbə ilə başa vurdu, hazırda da qabaqcıllar cərgəsindədir. Pənahın köməyi sayəsində.

Bax, budur Pənahın hörmət qaynaqları. Kommunist briqada başçısını kənddə saydıran, sevdirən, şöhrətləndirən, ona ad-san qazandıran belə faktlar məgər birdi, beşdi?!

Qatar-qatar quşların enib-qalxdığı Köndələnçay dəryaçası getdikcə genişlənən plantasiyalara bəs eləmir. Ona görə də yeni suvarma şəbəkələri araş­dı­rılır, dərələrdən sızan azacıq bulaqların qabağına bəndlər çəkilir. Pənah deyir ki, dama-dama göl olar. Bəli, damcılardan neçə-neçə ümmanlar yaranıb. Pənah sübh və qürub çağları bəndlərin üzərində dayanıb bu kiçik göllərə, giləsində şeh damcıları bərq vuran büllur salxımların düzümünə, bir də ki, əks tərəfdəki quzeylərin rəngbərəng çiçəklərinə baxmaqdan çox xoşlanır. O, barlı-bəhrəli tənəklərin əhatə­sindəki mavi suların titrək və şəffaf aynasında necə də mərd və inamlı görünür.

28 noyabr 1982-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com