|
ROMANLAR
Əli İldırımoğlu. Qarlı gecələr. Bakı, "Nurlan", 2007, - 376 səh.
"Qarlı gecələr" romanında təsvir edilən həyat lövhələri, önə çəkilən mənəvi-psixoloji problemlər, xüsusən gənc nəslin yetişdirilib formalaşdırılmasında əngələ çevrilən bəzi müəllimlərin yanlış mövqeyi bu gün də obyektiv gerçəklik kimi müasir səslənir. Əsərdə, həmçinin ailə münasibətləri, milli xüsusiyyət lərimizə xas olan bir çox ülvi keyfiyyətlər sadə və bədii dillə təsvir olunmuşdur.
“Nazir və vəzir” pyesində isə təsadüfi adamların layiq olmadığı vəzifələrə yiyələnib cəmiyyətdə nə kimi faciələr törətdiyi satirik bir dildə qələmə alınmışdır.
|
|