www.aliildirimoglu.az

Portretdən cizgilər ...

ÇOXLARINA ÖRNƏK OLA BİLƏR

Əli İldırımoğlunu qırx ilə yaxındır ki, tanıyıram. Onun “Kommunist” qəzetində fəaliyyətə başladığı ilk günləri də yaxşı xatırlayıram. Qubadlı rayon qəzetində qazandığı təcrübə, zəhmətə qatlaşması və öz üzərində səylə çalış-ması nəticəsində o, qısa bir vaxtda respublika jurnalistləri arasında öz dəsti-xətti ilə tanınmağa başladı. İstər Naxçıvan, istər Qarabağ, istərsə də Quba zonasında çalışan vaxtlarda onun qələmindən çıxan oçerklər, felyetonlar və problem məqalələr oxucular arasında rəğbətlə qarşılanıb.

Təsadüfi deyil ki, onun felyetonlardan ibarət iki sanballı kitabı nəşr olunub. Əlinin bir jurnalist kimi əsas məziyyəti zəngin həyat təcrübəsi və xalq ədəbiyyatının qaynaqlarından bəhrələnmiş çoxçalarlı dil mədəniyyətinə malik olmasıdır. Görünür, bu keyfiyyətlərə görə də o, jurnalistikadan yazıçı-lığa asanlıqla qədəm qoya bilmişdir. Hazırda o, bir neçə roman və hekayələr

kitabının müəllifi kimi tanınır.

Əli bir insan kimi də maraqlı şəxsiyyətdir. Yaxşılığı unutmayan, ehtiyacı olanlardan yardımını əsirgəməyən, dost qədri biləndir. Ən başlıcası isə çoxlarına örnək ola bilən ailə başçısıdır. O, qayğı ilə böyütdüyü övladları ilə fəxr edə bilər. Əlinin hər birinin evi-eşiyi, işi-gücü olan gül balaları var.

Günlərin birində böyük oğlu – Nəsimi rayon prokuroru Yusifin yanında olarkən iş stolunda yazı masasının üzərində atasının şəklini gördüm. Şübhəsiz ki, elə övlad məhəbbəti qazanmaq hər atanın qismətinə düşmür.

Əli İldırımoğlunun yaradıcılıq uğurları və insani keyfiyyətləri, bir qələm dostu kimi məni həmişə fərəhləndirib.

Hidayət Zeynalov

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com