www.aliildirimoglu.az

Portretdən cizgilər ...

RAYONLARDA TƏMSİL ETDİYİ QƏZET ƏLİ İLDIRIMOĞLUYA GÖRƏ TANINIRDI

Böyük hörmət bəslədiyim səmimi dostum Əli İldırımoğlunun həm özü, həm də ki, yaradıcılığı haqda söz demək mənim üçün olduqca çə-tindir. Ümumiyyətlə, yaxın və doğma adamlar barədə danışmaq həmişə çətin olur...

Əli İldırımoğlunu tanıdığım hər halda 18–20 il olar. (Söhbət şəxsi tanışlıq-dan gedir.) Təbii ki, şəxsi tanışlığımıza qədər onu bir jurnalist kimi tanımaya bilməzdim. Çevik, geniş diapazona malik qələmindən çıxan kəskin, həlim, qayğılı, tikanlı, qamçılı yazılarını oxuyurdum. Sonralar onu bir bölgə müxbiri kimi tanıdım. Bu artıq şəxsi tanışlığımıza aid olan bir dövr oldu. Əli İldırım-oğlu “Kommunist” qəzetinin respublikanın şimal rayonları üzrə xüsusi müxbiri işləyirdi. Qəzetçiliyin nə olduğunu hamımız bilirik. Müxbir olmaq ayrı bir işdir. Söhbət Əli müəllim kimi şəxsiyyətlərdən gedəndə müxbirliyin öz vurğusu, öz nidası, apostrofları olur. Sovetlər dönəmində Mərkəzi Komi-tənin mətbuat bölməsinə başçılıq edərkən çox müxbirlər tanımışam. Bu adamların böyük əksəriyyətini mətbu orqanlarına görə tanıyırdılar. Onlara olan münasibət təmsil etdikləri qəzetin nüfuzuna görə olurdu. İşlədiyi rayon-larda təmsil etdiyi qəzet Əli İldırımoğluya görə tanınırdı. Bu, həqiqətən, belə idi. Mənim kompliment deyən vaxtım deyil, Əli müəllimin isə saçının, saqqalının belə sözlərə ehtiyac olan çağları çoxdan keçib.

Amma dostuma bir borcum var. “Zorən jurnalist”ini oxudum. Söz vermiş-dim ki, dərdləşərik əsəri barədə. İmkan olmayıb hələ.

Bir fikrimi bu əsər barədə imkan düşmüşkən deyim. Adətən, müəlliflər əsərdə özləri üçün bir obraz seçirlər. Daha dəqiq desək, bir obrazı özlərinə oxşadırlar. “Zorən jurnalist”də Əli İldırımoğlu iki obrazda yaşayır. O, həm həyatın burulğanlarında özünü axtaran, min bir sınaqdan keçən Nazimdir, həm də ki, ciddi, zəhmli, qayğıkeş və kinli Allahverən kişi...

Vallah, dost barədə söz demək çətin işdir, o da ola uzaqdan-uzağa. Görü-nür, aqil kişilər qədəhi və şərabı bu işi asan etmək üçün düşünüb tapıblar. Qalanını Əli müəllim dostlarını başına yığanda deyəcəyəm, inşallah!

Vahid Əziz

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com