www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

“QARLI GECƏLƏR”İN BARLI GÜNDÜZLƏRİ

Qarsız-yağışsız, ayazsız-şaxtasız bu payız günlərindən birində dostum Əli İldırımoğlunun təzəcə işıq üzü görmüş “Qarlı gecələr” adlı kitabı əlimə düş-dü. Kitabın üz qabığının dördüncü səhifəsindəki “Uzaq düşmüş gəncliyimi arayıb-axtardım. Müəllimliyimin son ilinə baş vurdum. Qələmimdə “Qarlı gecələr” sətirləndi” cümlələrini oxuyanda bildim ki, bu da yazıçının növbəti avtobioqrafik romanıdır. Tərcümeyi-halına yaxşı bələd olduğu və yaxından tanıdığı yazıçının avtobioqrafik əsərini oxucu, adətən, maraqla oxuya bilmir. Çünki, tanış səhnələri təkrar-təkrar varaqlamaq məcburiyyətində qalır.

Bundan əvvəl “Zorən jurnalist” (həm də onun redaktoru mənəm) və “Mə-nim rəncbər atam” romanlarındakı səhifələrin “Qarlı gecələr”də təkrarlanaca-ğını düşündükcə marağım azalırdı. Ancaq aramızdakı səmimi dostluq hisləri düşüncələrimə üstün gəldi. Kitabı oxumağa başladım.

İlk səhifələrdəncə romanın süjet xəttinin, oradakı personajların və hadisə-lərin yazıçı tərəfindən uydurulmadığını hiss elədim. Zənnimdə yanılmamış-dım, yaşanmış bir ömrün ayrı-ayrı səhifələri yazıçı qələminin qüdrətilə bir-birinə elə gözəl və ustalıqla bağlanmışdır ki, onun istənilən “fəslini” oxu-yub kitabı qatlamaq istəsəm də bacarmadım. Bir də gördüm ki, sonuncu cümlələri oxuyuram.

Bu romanı əlimdən уеrə qoymadan oxumağımın iki səbəbi var. Birincisi, əsərin oxunaqlığı, dilinin aydınlığı, axıcılığı, bədii təsvir vasitələri ilə zən-ginliyidir. İkinci səbəb əsərin quruluşu, hadisələrin təsvirindəki emosional-lıq və psixoloji gərginliklə bağlıdır.

Yazıçı hadisələrin təsvirini elə qurub ki, oxucu hansı səhnənin necə qurtaracağını əvvəlcədən görə bilmir, obrazların taleyindən nigaran qalır və bu nigarançılıqdan qurtarmaq üçün kitabı oxumağa məcbur olur. Ayrı-ayrı səhnələrdə elə dramatik anlar var ki, oxucu əsəri yarımçıq saxlaya bilmir. Müəllim internat üçün mal almaq məqsədilə qarlı-çovğunlu bir qış gecəsi Abasqulu kişini də götürüb rayon mərkəzinə yola düşür. Bu yolun hər addımı qorxulu və təhlükəlidir. Həkərini keçmək, tara düşmək, dağda-daşda azmaq təhlükəsi də, hər addımda canavarla üzləşmək qorxusu da bütün yol boyu yolçuları qarabaqara izlədiyi kimi, oxucunu da nigarançılıqda saxlayır. Onlar gecəykən malı da alıb kəndə qayıdırlar, ancaq qəbz yadlarından çıxır. Mək-təbin direktoru bunu hay-küyə salır, raymağ müdiri Orucun ünvanına ağzına gələni danışır. Müəllim təzədən gecə vaxtı rayona gedir. Bu yolun nə qədər qorxulu olduğunu əvvəlcədən bilən oxucu indi ikiqat nigarançılıq keçirir, üstəlik də nə müəllimin özü, nə də oxucu bilmir ki, Oruc onu necə qarşıla-yacaq, malın qəbzini verəcək, yoxsa onu danacaq?! Axı direktorun onun ünvanına söylədikləri Müəllimdə də, oxucuda da güclü şübhə yaratmışdır. Bu səhnə əsərdə elə gözəl təsvir edilmişdir ki, xırda bir şübhədən çox böyük dramatik gərginlik yaranmışdır.

Müəllimlə şagirdi Nəsirin Orucdan qəbzi alıb geri dönərkən polis tərə-findən tutulduqları səhnə əvvəlkilərdən də çox nigarançılıq yaratmışdır. Şükür kişinin təsadüfən polis idarəsinə gəldiyi və Müəllimi tanıdığı ana qədər qəhrəmanın taleyi haqqında oxucunun ağlına min cür qara fikirlər gəlir. Şükür kişinin rəisin yanındakı hörmətli Müəllimi və Nəsiri polislərin əlindən alması oxucunu nigarançılıqdan qurtarır.

Kənd qoçuları olan Qoçəliylə Ağaşirinin qabaqlaşdıqları səhnə də çox ustalıqla qələmə alınmış və hadisələrin axarıyla elə üzləşdirilmişdir ki, əsərin bədii dəyərini birə beş qat artırmış, oxucu marağını gücləndirmişdir. Bu marağın da kökündə hadisələrin təsvirindəki bədiiliklə yanaşı, bir də sonluğun öncədən qaranlıq qalması, anbaan kəskinləşən ziddiyyətin necə qurtaracağının bilinməməsi durur. Ağaşirin Qoçəlinin dörd erkəyini oğurlayır, Qoçəli də gedib onun bir öküzünü gətirir. Oxucu bu işin sonunu irəlicədən görə bilmədiyindən onu izləməli olur.

Qoçları oğurlanmış Qoçəli Ağaşiringilə gəlir, onlar çox mehriban görü-şürlər. Ağaşirin Qoçəlini evinə dəvət edir, süfrəyə çay-çörək gəlir. Ağaşirin Qoçəlinin könülsüz yediyini hiss edib deyir: ”Ə, Qoçəli, mən ölüm, çəkinmə, öz malın kimi ye...”

Burada Ağaşirin eyhamla deyir ki, öz qoçlarının ətidir, iştahla ye. Oxucu bu dramatik səhnədə ağlına çox şeylər gətirsə də ağızlarından qan iyi gələn qoçular bir-birinə güldən ağır söz də demirlər. Öküzü oğurlandıqdan sonra Qoçəligilə gələn Ağaşirin süfrə arxasında vaxtilə vurduğu eyhama eyhamla cavab alır: ”Ə, Ağaşirin, mən ölüm, iştahla ye. Hesab elə ki, öz malındı...”

İndi də Qoçəli Ağaşirinə deyir ki, öz öküzünün ətidi, utanma, iştahla ye. Bundan əvvəl isə Qoçəli öküzü oğurlayıb Ağaşirinin əkin-biçin işini yarımçıq qoyduğunu ona başqa bir eyhamla belə xatırladır: “Keçən dəfə sizdə olanda yadıma düşmədi deyəm, çoxdandı darı cadı yemirəm. Bu il darını biçəndə gərək məni yaddan çıxarmayasan”. Ümumiyyətlə, Qoçəliylə Ağaşirinin qarşı-laşdıqları səhnələrdə dilin poetik imkanlarından daha gözəl istifadə olun-muşdur. Onlar bir-birilərini bu cür eyhamlarla, obrazlı ifadələrlə danışdırır, heç nəyi açıb-ağartmasalar da, hər şeyi olduğu kimi anladırlar. Qoçəli bilir ki, onun erkəklərini Ağaşirin aparıb, Ağaşirin də bilir ki, öküzü öz əməlinin qurbanı olub. Onların arasında bir dəfə də nə qoçun, nə öküzün adı çəkilir. İkisi də mərd və igid olduqlarına görə ürəklərində “lənət şeytana” deyib dostluqla da ayrılırlar. Başlanğıcdan sona qədər dava-dalaş, qan-qada, ölüm-dirim havasıyla yoğrulmuş bu hadisələrin təsviri oxucu yaddaşında mərdlik, kişilik səhnəsi kimi qalır. Əli İldırımoğlunun bir yazıçı kimi həm istedadı, həm də şəxsiyyəti, mən deyərdim ki, bu səhnənin təsvirində özünü daha qabarıq göstərmişdir.

Həyatda oxşar talelər çoxdur. Eyni hadisə ayrı-ayrı vaxtlarda və məkan-larda çox adamın başına gəlir. Bu hadisələr çox vaxt bir-birini təkrarlayır. Çox vaxt isə mahiyyətcə oxşar olur. Bu baxımdan Əli İldırımoğlunun “Qarlı gecələr”ini əslində çoxları yaşamışdır. Fərq ondadır ki, biri həmin qarlı gecədə qəbz dalınca rayona gedib-qayıtmalı olmuşdur. Birini başqa səbəb buna vadar etmişdir. Hər bir halda mahiyyət çox oxşardır. Bu oxşarlıq da məhz ondan irəli gəlir ki, yazıçı burada heç nə uydurmamışdır. Əgər о, hər hansı bir obraz yaratmaq istəsəydi, elə şeylər uydurardı ki, heç kəsin taleyi ilə, həyatı ilə oxşar olmazdı. Burada yazıçının böyüklüyü onda olmuşdur ki, çoxlarının yaşadığı və ya yaşaya biləcəyi adi bir insan ömrünün səhifələrini elə ustalıqla bədiiləşdirmişdir ki, о, fərdilikdən çıxıb ümumi xarakter almışdır.

Əli İldırımoğlu bu romanda da öz yaradıcılıq ənənəsinə sadiq qalmış, müsbət və mənfi obrazlar yaratmağı qarşısına məqsəd qoymamış, öz qəhrəmanlarını daha tünd boyalarla oxucuya təqdim etmək, oxucuda onlara qarşı məhəbbət və ya nifrət oyatmaq üçün təxəyyülün uydurmalarına uyma-mışdır. Əslində yazıçı romanın əvvəlindən axırına qədər bütün hadisələrin mərkəzində dayanan Müəllim obrazının ətrafında dövrün, zamanın, ictimai mühitin, yaşadığımız cəmiyyətin obrazını yaratmışdır. Prototipi müəllifin özü olan Müəllimin heç adı da yoxdur. Üstəlik də müəllif onu ideal bir insan, tayı-bərabəri olmayan bir müəllim kimi yox, necə varsa, eləcə, səhvini səhv, düzünü düz təqdim edir. Elə bunlar da yazıçının bütün reallıqlara obyektiv yanaşdığını, öz arzusuna uyğun olaraq qaranın üstünə qırmızı, yaşılın üstünə sarı boya çəkmədiyini göstərir. О, kimisə müsbət, kimisə mənfi obraz kimi təqdim etmir, onları oxucular özləri ayırıb seçirlər. Hətta romanı oxuyan oxculardan bəziləri Müəllimi müsbət, bəziləri isə mənfi obraz kimi də dəyərləndirə bilərlər. Çünki onun göyqurşağına bənzəyən ömür yolunun rəngləri arasında konkret sərhədlər yoxdur. Onun keçdiyi yollar keşməkeşli və enişli-yoxuşlu olduğu kimi, ömür kitabının səhifələri də rəngarəngdir. Muradlı kənd orta məktəbinə dərs hissə müdiri gəldiyi gündən bu rəngarəng-lik göyqurşağı kimi onun başının üstündə bərq vurur. Direktorun qaşqabağı-nın yer süpürməsi, ona vaxtilə dərs demiş Şəkərəli müəllimin yuxarıdan aşağı zillənmiş paxıllıq qoxuyan qəzəbli baxışları, köhnədən tanıdığı digər müəl-limlərin və keçmiş tələbə yoldaşlarının həsəddən və gözügötürməzlikdən doğan soyuq münasibətləri, bir də bunların yanında üzlərini ilk dəfə gördüyü vicdanlı və namuslu müəllimlərin mehribanlıqları, doğrudan da, göyqurşağının ayrı-ayrı rənglərini xatırladır. Gənc müəllim üçün sözsüz ki, bu qatmaqarışıq rəngləri ilk baxışdanca bir-birindən ayırmaq asan deyildir. Rayon Partiya Komitəsinin ikinci katibinin baldızına şişirtmə qiymət yazmayan Nəcməddin kimi vicdanlı, namuslu, müəllim adını hər şeydən uca tutan bir adamı öz ağasına yarınaraq məktəbdən uzaqlaşdıran, tədrisin yaxşılaşdırılmasından danışa-danışa müəllimləri saxtakarlığa alışdıran, obyektivlikdən dəm vura-vura obyektiv olanları gözümçıxdıya salan direktorun çöhrəsində hansı rəng çalarını desən görmək mümkündür. Hələ kolxoz sədri Şahmuradın qızını pulla ali məktəbə düzəldən professor Zaur Həsənzadənin, direktorun “Oruc gözdən tük qapır” kimi qələmə verdiyi və qarda-çovğunda yadından çıxmış qəbzin dalınca Muradlıdan rayon mərkəzinə qayıtmış Müəllimə: “Bir də ki, müəllim, and olsun о bizi yaradana. Bu gecə ölüm ayağına düşsəydim, arvad-uşağa vəsiyyət eləyərdim ki, Muradlı internatına altı min manatlıq mal borc-luyam. Buna heç bir şəkk-şübhəniz olmasın” deyən raymağ müdiri Orucun, Nəcməddin kimi vicdanlı, namuslu və savadlı müəllimləri əl-əl gəzən məktəb direktoru Dəyanət müəllimin, düşmənçiliyi də, barışmağı da bacaran, mərdliyi, kişiliyi hər şeydən üstün tutan kənd qoçuları Ağaşirinlə Qoçəlinin, “Qarlı gecədə” yaddan çıxmış qəbz dalınca rayon mərkəzinə qayıtmış Müəl-limi və onun şagirdi Nəsiri sənədsiz tüfəng gəzdirdiklərinə görə tutan polis-lərin, təsadüfən polis idarəsinə gələn və Müəllimi burada görüb məsələdən agah olan kimi polis rəisinə: “Polkovnik, bu gecə buranın nəçənniyi mənəm. Onların da azad olunması barədə sərəncam vermişəm. Aydındı?!” deyən Şükür kişinin, sürgündən qayıdıb birtəhər məktəbə qarovulçu düzəlmiş Alışın, məktəbin təsərrüfat müdiri Abasqulunun, daha kimlərin, kimlərin çöhrəsində gördüyüm rəng çalarlarını demirəm. Bu rənglər zamanın, dövrün portretini yaradan rəssamın fırçasından süzülə bilərdi. Bu dəfə isə fırçanı Əli İldırımoğlunun qələmi əvəz edir. Yuxarıda adlarını çəkdiyim və çəkmədiyim obrazlar isə portreti yaradılan zamanın, dövrün ayrı-ayrı xarakterik cizgilə-riydi. Pambıq planının şişirdilməsi, yalançı şöhrət çələngləri, pambıq oğur-luğu, məktəbdə baş verən bəzi-bəzi işlərdən xəbəri olan 10-cu sinif şagirdi Nəsirin о qarlı-çovğunlu gecədə rayon mərkəzinə gedərkən Müəllimə verdiyi suallar da, qarovulçu Alış kişinin ürəyindən keçən: “İndi elə bir zəmanədir ki, öküzü durğuzub altından buzov istəyirlər” sözləri də zamanın, dövrün portretini tamamlayan real həyat detallarıydı.

Əli İldırımoğlunun yaratdığı obrazlarda gördüyümüz bütün cizgilər milli boyalarla işlənmişdir. Müsbət cizgilərlə yadda qalan Nəcməddin müəllim də, öz ağasına xoş gəlmək üçün onu məktəbdən uzaqlaşdıran direktor da, raymağ müdiri Oruc da, polislər də, Şükür kişi də, onların əhatəsində olan digər obraz-lar da eyni boyalarla işlənmişdir. Rəssam onlardan birinin qara, digərinin yaşıl, üçüncüsünün sarı-qırmızı boyasını bol eləmişdir ki, bu obrazları oxucular olduqları kimi görsünlər. Başqa sözlə desək, bu obrazlar xaraktercə bir-birindən kəskin şəkildə fərqlənir və müəllif bu fərqləri daha aydın təsvir etmək üçün müxtəlif rəng çalarları seçmişdir. Axı Şükür kişi ilə məktəb direktorunun xarakterlərindəki cizgiləri eyni rəng çalarları ilə təsvir etmək mümkün deyil.

Burada istifadə olunmuş boyalardan tutmuş Müəllimin düşüncə və təfəkkür tərzinə qədər hər şey millidir. Milli olmayan heç nə bəşəriləşə bilməz. Nizami də, Nəsimi də, Füzuli də, Mirzə Cəlil də, Sabir də bəşəri olmamışdan öncə milli sənətkarlarımız idilər. Onların heç biri nəyisə yaradarkən onun millimi, yoxsa bəşərimi olduğu haqqında düşünməyiblər. Yaratdıqlarının gözəlliyi və böyük-lüyü onları bəşəriləşdirib. Bir də onu deyim ki, ədəbiyyatda nəyin bəşəriləşib, nəyin bəşəriləşməyəcəyini ayırd etmək üçün heç bir ölçü, meyar yoxdur.

Bircə meyar var ki, “Qarlı gecələr” bəşəri dühalar dediyimiz Nizaminin, Füzulinin, Vaqifin mənəvi işığında yazılmışdı. Əli İldırımoğlu Muradlı kən-dində müəllim işlədiyi vaxtlarda onun yaşadığı darısqal otağın divarlarından nur yağırdı. Axı bu divarlardan Nizaminin, Füzulinin, Vaqifin müəllifin öz fırçasıyla çəkilmiş portretləri asılmışdı.

İslam Sadıq,
şair

“Kredo” qəzeti, 20 noyabr 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com