www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

ÖMRÜN AHIL SEVİNCİ

Əli İldırımoğlu geniş, əhatəli bilgiyə malik, milli adət-ənənəmizin, vətənin qeydinə qalan və tərənnüm edən qələm sahibidir. Onun yaratdığı ədəbi qəh-rəmanlar, təsvir etdiyi mənzərələr daim oxucunun xəyalında, gözləri önündə canlanır. Yazıçının çox kitabı işıq üzü görüb. “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Aqibət” roman-larının araya-ərsəyə gəlməsindən xeyli keçməsinə baxmayaraq, bu gün də onlar orijinal nəsr nümünələri kimi oxunur. Onun bir çox əsərləri Türkiyədə, İranda, Rumıniyada və başqa ölkələrdə nəşr edilmişdir. “Mənim rəncbər atam” əsərində ilk əvvəl müəllifin ürək sözləri diqqət çəkir: “Bu romanı mən 80 ilə yaxın şərəflə ömür sürmüş, alın təri ilə ruzi qazanmış atama həsr etmişəm. Yalnız atam olduğu üçün yox, genişqəlbli insan, ləyaqətli kişi, nü-fuzlu el-oba, torpaq adamı olduğu üçün ona mənəvi abidə ucaltmışam. Bunu özümə övlad borcu bilmişəm. Rahatlıq tapmışam rəncbər atamın ruhu qarşısında. Belə kişinin övladı olmağımı ilahi xoşbəxtlik bilmişəm, bilirəm də”. Yazıçının “Zorən jurnalist” romanı da maraqla oxunur. Onun bu əsərində də ədəbiyyata gətirdiyi obrazların rəftar və davranışında təmkinini saxlayan, kədərli və ağır günlərdə sarsılmayan, bayağı şöhrətə aludə olmayan, ədalət, haqq uğrunda mübarizə aparan, gələcəyə ümidlə baxan insanların prototip-lərinin şahidi oluruq. Kitabın ön söz müəllifi professor Əliheydər Həşimov yazıb: “Əli İldırımoğlu rast gəldiyi, görüb-eşitdiyi hadisə və əhvalatlar ara-sında lazım olanı seçməyi, dərk etdiyini yadda saxlayıb istənilən vaxt təxəyyü-lündə canlandırmağı, ümumiləşdirməyi, təqdim etməyi bacaran qələm sahibidir”. Ümumiyyətlə, hörmətli professorun fikrini yazıçının bütün roman, povest və hekayələrinə də şamil etmək mümkündür. Çünki onun yaratdığı ob-razların bir amalı var: Azərbaycan daha da inkişaf etsin, tanınsın və seçilsin.

Əlamətdar yubiley günlərində sevimli yazıçı, ağsaqqal həmkarımız Əli İldırımoğlunu 80 yaşının tamamı, həm də dövlətimizin başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik etdik. O da ürək sözlərini dedi:

– Mətbuat cəfakeşi kimi həmişə vətəndaş mövqeyində dayanmağı özümə borc, şərəf bilmişəm. Məqsədim, məramım o olub ki, yazdığım hər söz xalqı-mın mənafeyinə, milli dəyərlərimizin qorunub saxlanılmasına, dövlətimizin daha da möhkəmlənməsinə, qanunlarımızın aliliyinə xidmət etsin. Yazmağa başladığım gündən heç vaxt şəxsi ambisiyalara uymamışam, qərəzli, məkrli niyyətlərdən uzaq olmuşam, bəzən bir cümlənin üzərində saatlarla düşünmü-şəm. Neqativ hallarla barışmamışam.

Müstəqil ölkəmizdə mətbuat, onun hər bir əməkdaşı uğurlarımızın təbli-ğatçısı, dövlətimizin etibarlı dayağı olmalıdır. Həsən bəy Zərdabi ənənələrini yaşatmağı özümüzə borc bilməliyik. Unutmamalıyıq ki, yüz illər həsrətini çəkdiyimiz, nəhayət, qanımız bahasına əldə etdiyimiz müstəqillik xalqımızın xoşbəxtliyidir. Ölkəmizin siyasi, iqtisadi, elmi-texniki, tikinti-abadlıq sahəsində günbəgün vüsət alan tərəqqini təbliğ etmək hər bir qələm sahibinin borcu olmalıdır. Veteran jurnalist, nasir kimi arzu edirəm ki, respublikamızın jurnalistlər ordusu müstəqil dövlətimizin uğurlarına kölgə, ləkə salmaq istəyənlərə, şər qüvvələrə qarşı daim mübarizə aparsın. Cəmiyyətdə birlik, əmin-amanlıq yaranması naminə jurnalist var gücü ilə çalışmalıdır. Elə yazmalıdır ki, qələm məhsulları ölkəmizin yüksəlişi uğrunda mübarizə aparan vətəndaşlara mənəvi dayaq olsun.

80 yaşımın tamamında yüksək mükafata – “Şöhrət” ordeninə layiq görül-müşəm. Bunu sözə, sənətə, sənətkara yüksək qiymət verən ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin əməyimə verdiyi böyük mükafat kimi qarşıladım. Bu mükafat jurnalistikamıza, ədəbiy-yatımıza, yaradıcı əməyə göstərilən diqqətin, qayğının ifadəsidir.

Telman Mehdixanlı
“Azərbaycan” qəzeti, 7 dekabr 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com