www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

BİZİM KİMİ OLMAYAN JURNALİST

Deyirlər ki, vaxt puldan qiymətlidir. Görəsən, vaxtın, zamanın nə qədər qiymətli olduğunun mahiyyətini dərk edirikmi?! Fəqət... çox təəssüflər olsun ki, yox! Azərbaycan jurnalistikasının korifeylərindən olan dəyərli qələm sahibi Əli İldırımoğlu barədə məqalə yazmaq çox çətindir. Yazıçının “Zorən jurnalist” əsərini oxuyan kəsin istər-istəməz daxilinə pəncərə açılır. Robinzon Kruzonun yalqız adadakı pəncərəsi kimi... Qeyri-ixtiyari o pəncərədən keçmişə boylanırsan. Babaların kişisallığı gözlərin önündə canlanır.

Mən qadın olduğum üçün “Zorən jurnalist” əsərində xəyalımda arzuladı-ğım bütöv kişi obrazına məftun oldum. Anasını erkən itirmiş Nazim İlhamın mənəviyyatı, əxlaqı əsərin qəhrəmanını mənə sevdirdi...

Əsəri təhlil edən tənqidçilərdən fərqli olaraq, mən Nazim İlhama ana kimi yanıram, həm də ən çətin, ekstremal situasiyalarda vəziyyətdən çıxış yollarını təhlil edən məntiq sahibi kimi dəyər verirəm. Evdə nənəsinin bir sözünü iki eləməyən Nazim İlham ailənin daxili qanunlarına nə qədər tabedirsə, çöldə-bayırda bir o qədər qoçaq, cəsarətli təqdim olunub.

Əsərin əsas süjeti yazılmamış əxlaqi qanunlar, mənəvi dəyərlər üzərində cərəyan edir. Elə Nazim İlhamın zorən jurnalistikaya gəlməsi də bu dəyər-lərdən bəhrələnir.

Ata obrazı Əli İldırımoğlu yaradıcılığında, xüsusilə qabarıq təsvir edilir. Atanın qibləgahımız olduğunu diqtə edən Əli müəllim sanki göyün yeddinci qatında dayanaraq: “Göydə Allahımız, yerdə atamız. Ən böyük atamız, başqa böyük yox!” – deyir.

Deyirlər Əli müəllim qəzetdə işləyərkən heç kəs onun cümləsini dəyiş-dirməyə cürət edə bilməzmiş. Əli müəllimin yazılarını ürək yazıları adlandı-ranlar yanılmırlar. Özünün təbirincə desək, yazı qəlbin, ürəyin hərarətidir, ürəkdən gərək gələ, yazı gərək ürəkdən barmaqlara süzülə, barmaqlardan ağ kağıza...”

Əli müəllimin o qədər səlis, rəvan dili var ki, oxucusunun gözlərini sevin-dirir, ruhuna sığal çəkir. Əli müəllimin hər bir əsəri çağdaşdır. “Həmin adam” kitabındakı qəzet redaktoru kimi içki düşkünləri bu gün də var. Məhz həmin adamlar elə bizim aramızda olan bəzi “işbaz” qəzet rəhbərləridir. Ayağı-ayağına dolaşaraq, körpüdən büdrəyərək arxa yıxılıb, palçığa bulaşaraq acı gülüş hədəfinə çevrilən “həmin adamlar” XXI əsrdə məhkəmələrə verilir, həbs olunurlar...

Ötən əsrin kompyuter otağı bir və yaxud da iki ədəd mexaniki və elektron makinalardan ibarət idisə, bu gün kifayət qədər sayı olan kompyuter mərkəz-ləri fəaliyyət göstərir. Özünə Avropa media nümayəndəsi görüntüsü verməyə cəhd göstərən qəzet əməkdaşları “Yes, yes” deyəndə “ördəyin qaz yerişi” məsəlini xatırlayıram.

Kitablarının hər bir səhifəsi, hər bir sətri, hər bir cümləsi və hətta hər bir sözündə Əli müəllimin ürəyinin döyüntüsü hiss olunur, barmaqlarının hərarəti duyulur. İnanıram ki, Əli müəllim bizlərdən fərqli olaraq, qələmini süngüyə çevirərək döyüş meydanında müsəlləh əsgər kimi mübarizə aparır. Əli İldırımoğlu hədəfə dəyməyən güllə atmır! Düşünürəm ki, Mətbuat Şurasının Əli İldırımoğlu sözünə, nəsihətinə ehtiyacı var.

Əli müəllim deyir:

– Mətbuat Şurasının öz mətbu orqanı olmalıdır. Ayda bir dəfə qəzetləri təhlil etməlidir. Bəzi qəzetlərdə insanların heysiyyatlarına toxunulur, onlar təhqir olunurlar.

Yazıçı-jurnalist Əli İldırımoğlunun əsərlərində bilavasitə müəllifin özü görünür. Sətirləri oxuduqca sanki Əli müəllimlə danışıram. O, söhbət edir...

Olanları-keçənləri bir-bir yada salır, nəql edir.

Əli müəllimin qəhrəmanı Nazim İlham “qəzetdə problem məsələ” qaldırır. Cəmiyyətin və onu əhatə edən ictimaiyyətin mənafeyi naminə aktual məsələ-lərə toxunur.

Müəllif gah həkim kimi xəstəliyin diaqnozunu qoyur, gah simptomlarını müəyyənləşdirir, gah da xalq təbabətindən söz salır. Xalqın əsl istiqlalının ünvanını göstərir. Maariflənmə!

Onun yaradıcılığında klassika ilə müasirliyin sintezi duyulur. O, qan düşməninin məkrli niyyətini tam çılğınlığı ilə açır. Qarabağ ağrısını sovet dönəmində dərc etdirdiyi kitablarında verməklə tarixin dərslərini xatırladır.

Əli müəllimin nəsihətlərinin sıralandığı kitablarda Vətən, torpaq sevgisi önə çəkilib. Əli müəllim deyir:

– Ulu Dədə Qorqudun kəlamlarını gənc nəslə tez-tez xatırlatmaq lazımdır: torpağı əkib-becərməsən, qorumağa dəyməz, qorumağı bacarmasan, əkib-becərməyə dəyməz.

Qəhrəmanları kimi Kəlbəcər dağlarını aşıb Naxçıvana gəlir. Atasının xəstə olduğunu eşidib təkrar şaxtalı bir qış günündə uzun yolun yolçusuna çevrilir. Müəllifin həyata olan tükənməz eşqi, məhəbbəti dağları-dərələri enir.

Nazim İlhamın simasında Azərbaycan kişisi görünür. Qeyrətli, namuslu, ləyaqətli, şərəfli kişi!

Əli müəllimin çətin, əzablı jurnalist peşəsinin sahibi Nazim İlham, həm də halal, ailəsində hörmət edilən, sevilən, qiymətləndirilən ər kimi təsvir edilib. “Mənim rəncbər atam” əsərini oxuduqdan sonra bu qənaətə gəldim ki, İldırım kişinin qulluğunda dayanan ifallı, böyük-kiçik yeri bilən gəlin elə müəllifin öz evindədir.

Ailə kiçik dövlət deməkdir. Deməli, o, öz dövlətində sevilir və sanballı bir başçı kimi dəyərləndirilir.

Əli müəllimin hər bir əsəri boyu bir neçə xətt keçir və həmin xətlər bir nöqtədə kəsişir. Bu nöqtədə çox sanballı, adlı-sanlı, sözü-söhbəti bütöv, çöh-rəsi nurlu, ağzıdualı, halalı harama qatmayan nümunəvi bir azərbaycanlı ailəsi görünür.

Ailə xoşbəxtdir. Ailənin hər bir üzvü ağzıdualı, mərhəmətlidir. Bir tikəsini qonşusu ilə yarı bölən ailənin nəsil şəcərəsinə adı qızıl hərflərlə dünya ədə-biyyatına həkk olunan İldırım kişinin müqəddəs ruhu önündə baş əyən

Natella Asena

9 dekabr 2006-cı il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com