www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

Yazıçılığa böyük romanlarla başlamaq çox pis vərdişdir. Yazmağı Qərbdə də, bizdə də bütün böyük yazıçıların etdiyi kimi, kiçik hekayələrdən başlamaq lazımdır. Hekayə adama sözləri qənaət etməyə, materialı məntiqi surətdə yerləşdirməyə, süjetin aydın olmasına və mövzunun parlaq şəkildə təqdi-minə öyrədir.

Maksim Qorki

HƏYAT LÖVHƏLƏRİ

Bir neçə il bundan qabaq Azərbaycan Yazıçılar İttifaqının Natəvan adına klubunda müasir publisistikamızın növbəti vəzifələri ilə bağlı müşavirə keçi-rilirdi. Bu müşavirədə publisistikamızla, onun nəzəri əsasları ilə əlaqədar ayrı-ayrı yoldaşların çıxışları oldu. Yekun sözü söyləyən xalq yazıçısı Mirzə İbrahimov publisistlərimizin yaradıcılığından, onların bu sahədəki uğurla-rından söz açanda bir neçə yazıçının, qələm sahibinin adını çəkdi və jurnalist Əli İldırımoğlunun “Kommunist” qəzetində çap olunan yazılarının, publisis-tik qeydlərinin üzərində xüsusi dayandı. Onun yazılarının müvəffəqiyyətli və kəm-kəsirli cəhətlərini təhlil edərək dedi ki, mən neçə illərdir ki, Əli İldırımoğlunun yaradıcılığını, onun qəzet səhifələrindəki çıxışlarını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğu-sudur.
Mən o müşavirədən sonra Əli İldırımoğlunun yazılarını daha diqqətlə izləməyə, arayıb-axtarmağa başladım. Qurub-yaradan, cəmiyyətimizin apa-rıcıları olan əmək adamlarımızın həyatından, beşilliyin hünərvər qəhrəman-larından söz açdığı “Mayaklar” kitabını təkrarən vərəqlədim. Budur, indi də onun bu yaxınlarda “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Yazım, yazma-yım” kitabı qarşımdadır. Təxminən on çap vərəqi həcmində olan bu kitabda müəllifin müxtəlif illərdə yazdığı felyetonları toplanmışdır. Kitaba əhatəli ön söz yazan professor Qulu Xəlilovun dediyi kimi, o, bir tərəfdən namuslu, təmiz, işgüzar adamların bütün sahələrdə – taxıl zəmilərində, pambıq tarla-larında, üzüm plantasiyalarında fədakarlıq göstərmələrindən ilhamlanır, məzmunlu oçerklər, publisistik qeydlər yazır, digər tərəfdən tənbəlləri, işdən yayınanları, əliəyri və fırıldaqçıları iti qələmlə, cəsarətlə qamçılayırdı...
Sənətkarlıq baxımından Əli İldırımoğlunun felyetonları maraqlı forma axtarışlarının yekunudur. Janr etibarilə bu yazıların əksəri yumorlu novella kimi gözlənilməz bir sonluqla bitir, felyetondan çox bitkin hekayə təsiri bağışlayır. Onun “Fit səsi” felyetonuna bir nəzər yetirək. Kolxozun hamamı neçə vaxtdır ki, işləmir, təmir olunasıdır. Hamı, bütün el-oba intizarla gözləyir ki, hamam işə salınacaq, camaatı sevindirəcək. Günlərin bir günü kənd sakinləri fit səsi eşidirlər. Onlar bir-birlərini təbrik edir, gözaydınlığı verirlər. Yığışıb çimməyə getmək üçün hazırlaşırlar. Nəhayət, məlum olur ki, bu fit heç də hamam fiti deyil. Bəli, onların vaxtsız sevincləri barsız qaldı. Hamam gözətçisi çimməyə gələnlərin qabağını kəsir, onlara başa salır ki, eşitdikləri bu günlərdə istifadəyə verilmiş Bakı–Ağdam dəmiryolunda işə düşmüş ilk qatarın fit səsidir.

Müəllif bu maraqlı, həyati detaldan bacarıqla və yerində istifadə etmiş, bitkin, yaddaqalan bir lövhə yarada bilmişdir.

Felyeton bir janr kimi öz müstəqilliyini qoruyub saxlamaq, yaşatmaqla bərabər, son illərdə sərhədini get-gedə yumorlu hekayəyə, satirik hekayəyə daha da yaxınlaşdırır, ona bir növ şərik çıxır. Felyeton vaxtaşırı öz mahiyyə-tini, məzmununu dəyişmişdir və onun vaxtilə daşıdığı məna çaları sonralar tamamilə yeni mahiyyət kəsb etmişdir.

Bu operativ janrın köməyi ilə neçə illərdir ki, inkişafımıza mane olan hər cür tiplər, mütərəqqi iş üsullarına əngəl törədən bürokratlar, antipodlar, xalq malına göz dikənlər, ailə və məişət pozğunluqları, gündə bir imzasız məktub yazıb təmiz və namuslu adamları ləkələyənlər, dedi-qodu ilə məşğul olan intriqaçılar və başqa bu kimi adamlar tənqid və ifşa edilirlər. Mətbuatımızda möhkəm vətəndaşlıq hüququ qazanmış bu janrın özül daşı tənqid və özünütənqid olduğundandır ki, gündən-günə inkişaf edir, öz nəzəri əsaslarını qoruyub saxlaya bilir. Hətta son illər dövri mətbuat səhifələrində felyeton janrı ilə bərabər, aparılan müzakirələrdə onun formalarından təkrar-təkrar söz açılmış, bir sıra maraqlı fikirlər söylənilmiş, felyeton-reportaj, felyeton-korrespondensiya, felyeton-parodiya, felyeton-məqalə kimi qollara, bölmə-lərə ayrılmaqla bu janrın imkanları daha da genişlənmişdir.

Əli İldırımoğlunun “Lent kəsilmədi”, “Bataqlıq”, “Öküz kababı”, “Qovluq”, “Sınıq saz”, “Tütəkçalanlar”, “Nazir gəlir”, “Qərəz və mərəz”, “Bir gecənin tanışları”, “Xəcalət təri”, “Qıfıllı və qıfılsız qapılar”, “Kiçik müdir” və bir sıra digər felyetonları dediyimizə misal ola bilər. Onun “Öküz kababı” felyetonunda məişət xidməti maşınından istifadə edib oğurluqla məşğul olan avaralar, “Vartazarın cibi”ndə düzlükdən, halallıqdan, təmiz-likdən danışa-danışa min, on min manatları уеуənlər, “Butulka Kazım”da boş butulka yığıb fırıldaq yolla asan qazanc əldə edənlər, “Qəssabın sərgü-zəştləri”ndə göz görə-görə ondan-bundan oğurlayıb özünə eyş-işrət quranlar, “Bir telefon, bir möhür”də dünyada telefon və möhürdən savayı heç nə arzu-lamayan mənsəbpərəstlər, “Baş üstə”də ziyanına, xeyrinə əhəmiyyət ver-mədən kor-koranə “baş üstə” deyib işini aşıran prinsipsiz dələduzlar bacarıqla ifşa olunurlar...

Əli İldırımoğlu kitabına “Yazım, yazmayım” adını qoymuşdur. Müəllif kitabına bu adı qoymaqla heç də tərəddüd etmir. O, fikrində, vətəndaş mövqeyində möhkəmdir, dəyanətlidir. Bədii sözün təsirini, gücünü, kəsərini artırmaq üçün çalışır ki, yazıları üçün mövzu seçdiyi faktı, rəqəmi, ürəyinin hərarəti ilə qızdırsın, yazıçıya da, jurnalistə də lazım olan ən mühüm keyfiyyətlərdən birini – ləyaqətli vətəndaş duyğusunu həmişə uca tutsun, onun şərəfini-şanını artırsın.

Əmir Mustafayev, yazıçı

“Ədəbiyyat və incəsənət” qəzeti, 13 noyabr 1982-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com