www.aliildirimoglu.az

Portretdən cizgilər ...

SÖHBƏT ANCAQ YAZIB-YARATMAQDAN GEDİRDİ

Televiziyada işlədiyim illərdə tez-tez kənd rayonlarında ezamiyyətdə olur-dum. Çox vaxt Əli İldırımoğlunun müxbir işlədiyi bölgələrə – Naxçıvana, Ağdama, Qubaya güzər salardım. Xarakterimizdə az oxşarlıq olsa da, həmkar kimi söhbətlərimiz tuturdu. Onun hadisələrə əvvəlcədən düzgün qiymət verməyi bacarması, gələcəyə qara eynəklə yox, böyüdücü şüşə ilə baxması, bir işi görməmişdən əvvəl min dəfə ölçüb-biçməsi, sözünün yerini bilməsi məndə heyranlıq doğururdu.

Mən Əli müəllimgilə qonaq gedəndə ailədə xoş bir ovqat duyardım. Əli müəllimin həyat yoldaşı Şəfiqə xanım necə də təmizkar qadın, qayğıkeş anadır. Ailə sarıdan Əliyə qibtə etmək olar.

Biz gecə səhərəcən yatmırdıq. Söhbətimiz ancaq yazıb-yaratmaqdan ge-dirdi. Əli müəllim mürəkkəbi təzəcə qurumuş felyetonlarını, bədii yazılarını, oçerklərini mənə oxuyardı.

Cəlal Bərgüşad

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com