www.aliildirimoglu.az

“Mənim rəncbər atam”ın həqiqətləri

YAZIÇI ƏLİ İLDIRIMOĞLU BEYNƏLXALQ MÜKAFATA
LAYİQ GÖRÜLÜB

“Şöhrət” ordenli yazıçı Əli İldırımoğlu bu günlərdə Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafına göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatı ilə təltif edilib.

Akademiyanın rəhbərlərindən biri və Azərbaycan üzrə təmsilçisi professor Elçin İsgəndərzadənin verdiyi məlumata görə, bu mükafata Əli İldırımoğlu ilə bərabər türk dünyasının tanınmış yazarları Yəhya Akəngin (Türkiyə), Muxtar Şahanov (Qazaxıstan), Nadirbek Alimbekov (Qırğızıstan), Harid Fedai və Zeynel Beksac (Kosovo) da layiq görülüb.

E.İsgəndərzadə yazıçı Əli İldırımoğlunun İstanbulun “Kaknüs” Yayım Evi tərəfindən çap olunmuş “Benim rençper babam” adlı romanının türkiyəli oxucular tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.

Aynur Quliyeva

“525-ci qəzet”, 27 sentyabr 2008-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com